Mərakeş millisi tarixində ilk dəfə mundialın-YARIMFİNAL MƏRHƏLƏSİNDƏ – FOTO

Futbol üzrə Mərakeş millisi Qətərdə keçirilən dünya çempionatının yarımfinal mərhələsinə yüksəlib.

Etikxeber.az xəbər verir ki, turnirin dörddəbir final mərhələsi çərçivəsində Mərakeş millisi Portuqaliya seçməsi ilə qarşılaşıb.

“Al Tumama” stadionunda keçirilən oyunda hesabı Mərakeş millisi açıb. Qarşılaşmanın 42-ci dəqiqəsində Yussuf En-Nesiri baxımlı qola imza atıb. Fasiləyə Mərakeş millisi minimal hesablı üstünlüklə yollanıb – 1:0.

Komandaların cəhdlərinə baxmayaraq ikinci hissədə qapılara top vurulmayıb.

Beləliklə, rəqibini 1:0 hesabı ilə məğlub edən Mərakeş millisi tarixində ilk dəfə mundialın yarımfinal mərhələsinə adlayıb.

Günün digər oyununda İngiltərə və Fransa yığmaları üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. “Əl Bayt” stadionunda reallaşacaq görüşün baş hakimi braziliyalı Uilton Sampayo olacaq.

Qeyd edək ki, dörddəbir finalın digər 2 oyunu dekabrın 9-da baş tutub.

Xorvatiya Braziliyanı, Argentina isə Niderlandı məğlub edərək yarımfinala yüksəlib.

Etikxeber.az

Read Previous

Zirvə-HADİ RƏCƏBLİNİN BAXIŞI

Read Next

Üç övladından ikisi xəstə, fiziki qüsurlu, tək və yeganə sağlam övladları isə cəmi 18 yaşında Vətən yolunda Şəhid olan-DƏRDLİ, YARALI CƏBRAYILOVLAR AİLƏSİNİN KƏDƏRLİ HƏYAT HEKAYƏTİ… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir