Mərdəkan və Pirallahıda qaz olmayacaq – BU GÜN

Xəzər rayonu, Mərdəkan qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz kəmərinin sınaq işləri ilə bağlı olaraq təbii qaz təchizatının dayandırılmasına zərurət yaranıb.

Buna görə də bu gün saat 11:30-dan işlər başa çatanadək Mərdəkan bağları yaşayış massivinin 2000 abonentinin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Etikxeber.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bu gün  həmçinin, səhər saat 10:00-dan etibarən işlər yekunlaşanadək Pirallahı rayonunun yeni yaşayış massivində qaz təchizatı dayandırılıb.

Bbu, ərazidə məcburi köçkünlər üçün inşa edilmiş 306 mənzildən ibarət yaşayış binasına məxsus qaz xəttinin orta təzyiqli qaz xəttinə birləşdirilməsi ilə əlaqədardır.

İşlər tamamlanana qədər təqribən 3000 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Etikxeber.az

Read Previous

Çempionlar Liqasının II təsnifat mərhələsinin cütləri məlum oldu

Read Next

“Valideynlər övladlarını var-dövlətə qurban verməməlidir” – DEPUTAT QƏZƏBLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir