Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 13 faizdən 11 faizə endirilməsi barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı-yuxarı həddi +-3 faiz müəyyənləşdirilib.
Etikxeber.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov aprelin 9-da keçirdiyi mətbuat konfransında deyib.
E. Rüstəmov sonra deyib ki, Azərbaycan manatının zəifləməsi üçün heç bir fundamental fakt yoxdur.
“Biz əhəmiyyətli profisit gözləyirik. Neftin qiyməti ötən ilin müvafiq dövrünə nisbətən 25 faiz yüksəkdir. Bu ilin birinci rübündə valyuta hərraclarında təklif tələbi üstələyib. Manatın zəifləməsi üçün hər hansı bir fundamental fakt yoxdur. Düşünürük ki, bu, baş verməyəcək” – deyə, bankın sədri qeyd edib.
***
Mərkəzi Bank Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə yeni yubiley sikkələri buraxacaq.
Bu barədə də E. Rüstəmov deyib.
O, qeyd edib ki, yeni sikkələrin təqdimat mərasimi keçiriləcək.
Etikxeber.az