Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Xüsusi olaraq dünya bazarında neftin qiymətində azalma müştərilərin vəziyyətinə təsir edib. Bu isə bankların vəziyyətinin pisləşməsinə və son nəticədə lisenziyaların alınmasına səbəb olub”.
Etikxeber.az xəbər verir ki, bu fikri Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Aftandil Babayev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 28-də keçirilən iclasında “Mərkəzi Bank haqqında” qanuna dəyişikliklər məsələsi müzakirə olunana zaman millət vəkili İlham Əliyevin Mərkəzi Bankın bankların lisenziyasını ləğv edilməsi ilə bağlı iradlarını cavablandırarkən deyib.
Dünyada maliyyə böhranın olduğunu əsas gətirən Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini A. Babayev deyib ki, bu proseslər təkcə Azərbaycanda müşahidə edilmir: “Digər dövlətlərdə də banklar bağlanır, yeni banklar yaranır. Azərbaycanda vaxt var idi 200 bank fəaliyyət göstərirdi. Sonradan bu banklar bağlandı, yeniləri yarandı. Mərkəzi Bank bankların fəaliyyətinə mütəmadi olaraq nəzarət edib”.
A.Babayev deyib ki, bankların fəaliyyətində problem yaranan kimi Mərkəzi Bank bu çətinliyin həllinə çalışıb və müvafiq tədbirlər görüb. “Mərkəzi Bank bankların müşətrilər qarşısında vəzifə və öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edib. Ən son tədbir kimi bankların lisenziyası alınıb. Bankların fəaliyyətində problemlərin yaranmasına qlobal iqtisadi proseslər səbəb olub”- deyə, o əlavə edib.
Azərbaycan iqtisadiyyatı, bank sistemi dünya iqtisadiyyatına inteqrasiya etdiyini diqqətə çatdıran A. Babayev bildirib ki, dünya bazarında neftin qiymətində azalma müştərilərin vəziyyətinə təsir edib: “Bu isə bankların vəziyyətinin pisləşməsinə və son nəticədə lisenziyaların alınmasına səbəb olub. Yəni, bankların bağlanma prosesi təbii haldır”.
M.B
Etikxeber.az