“Mərkəzi Bankın şəffaf olmayan fəaliyyəti araşdırılsın və…”-FƏZAİL AĞAMALIDAN ELMAN RÜSTƏMOVA SƏRT İTTİHAMLAR – YENİLƏNİB

Mili Məclisin (MM) İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı Mətkəzi Bankın (MB) İdarə Heyətinin sədri Elman Rüstəmovu parlamentin bugünkü iclasında çox sərt şəkildə tənqid edib.

Etikxeber.az-ın xəbərinə görə, F. Ağamalı E.Rüstəmovu düzgün olmayan bank siyasəti yeritməkdə günahlandırıb.

Xüsusilə də, istehlak kreditləri adı altında insanların banklar, MB tərəfindən müflisləşdirildiyini bildirib.

Bildirib ki, dünyanın heç bir yerində bu dərəcədə yüksək bank faizləri yoxdur.

Millət vəkili MB-nin fəaliyyətinin araşdırılmasını, onun bəzi səlahiyyətlərinin MM-ə verilməsini, “Baklar haqqında” yeni qanunun hazırlanması və qəbul olunmasını təklif edib.

15:44

***

Millət vəkilinin çıxışının MB ilə bağlı hissəsini olduğu kimi təqdim edirik:

“…Təəssüflər olsun ki, uğurlarımıza mane olan məqamlar da mövcuddur. Söhbət ölkədəki bank-pul kredit sistemindən gedir. Yaxşı ki, Maliyyə Nazirliyi bu gün kifayət qədər məsuliyyətli, dövlətçiliyimizə sadiq olan peşəkarların əlindədi və onların gərgin əməyilə ölkədə maliyyə sabitliyi təmin olunur. Cənab prezident də Bank sistemindəki narahatçılığı önə çəkərək deyir: “Bizim iqtisadiyyata ən böyük zərbə vuran bank sektoru olmuşdur. Ona görə də bu sektorun tənzimlənməsi, sağlamlaşdırılması, şəffaflaşması beynəlxalq standartlara uyğunlaşdırılmalıdır”. Əslində, olduqca dəqiq və sərrast deyilmiş bu fikirlərdən sonra əlavə şərhə ehtiyac yoxdu. Sadəcə olaraq ən sadə Azərbaycan vətəndaşının belə bildiyi həqiqəti xatırlatmaq istərdim. İllərdir yüz minlərlə Azərbaycan vətəndaşını zəlil günə qoyan, onun ailəsini dağıdan, evlərini, mülklərini əllərindən alan müasir başa bəla Azərbaycan bank sisteminin yaradıcısı olan Mərkəzi Bankın rəhbəri hələ dəyüksək faizli bu missiyanı davam etdirməkdədir.

Cehiz krediti deyilən istehlak kreditləri ailə quranların faciəsinə çevrilib, 50-60 min manat kredit götürüb sahibkarlıqla məşğul olmaq istəyən iş adamları kiçik bir uğursuzluğa, kreditin ödənişini gecikdirdiyinə görə əlavə faizlərlə, cərimələrlə fantastik rəqəmə çevrilən kreditin əvəzinə girov qoyduğu 200-250 minlik daşınmaz əmlakı dərhal məhkəmənin hökmü ilə müsadirə olunur. Sual olunur: Bu cür yanaşma, bu qədər yüksək faiz, bu qədər pula hərislik hansı ölkədə, hansı ölkənin bank sistemində var? İndi biz hər bir manata belə qənaət edib, onu Böyük Qayıdışa yönəltməliyik. Nə baş verir? Mərkəzi Bankın sədri elan edir ki, 31 mərtəbəli 430 milyon manatlıq Mərkəzi Bankın yeni binasının tikintisi üçün tenderin qalibi müəyyən olunub. Baş bankirə xatırlatmaq istərdim ki, həmin pulla indiki bazar qiymətilə yüksək standartlara cavab verən 1720000 m2 mənzil və yaxud 12300 yaşayış evi, bir necə məktəb, xəstəxana, uşaq baxçası və digər sosial obyektləri tikib istifadəyə vermək olar.

Bu cür anormal Bank sistemində ciddi islahatlara böyük ehtiyac var. Tam əminəm ki, nə qədər indiki bank siyasəti mövcuddur, nə qədər ki, bank – pul – krediti icrasında fundamental dəyişikliklər aparılmayıb, vətəndaş – bank münasibətləri hazırkı bataqlıqdan çıxmayacaq. Eyni zamanda “Bank haqqında” qanun yenidən işlənilməli, Mərkəzi Bankın şəffaf olmayan maliyyə fəaliyyətinə, ştat cədvəlinin və illik smetasındakı müstəqilliyə son qoymalı və bu səlahiyyətlər Milli Məclisə verilməlidir. Dünyanın milyardlarla vəsaiti olan böyük banklarının Azərbaycana gətirilməsi önəmli olardı. Bu praktikanı ölkələrində tətbiq edən Cənubi Koreya, Sinqapur, Yaponiya və Çinin reallığı göz önündədir. Sonda nəhayət Salyan rayonunun Xıdırlı kəndinin qazlaşdırılmasını bir daha önə çəkir və bu problemin həllini hörmətli Baş Nazirdən xahiş edirəm”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“17 Şəhid verən Kəbirli kəndinin məktəbi yararsız vəziyyətdədir…”-ŞAHİN İSMAYILOV

Read Next

Eldəniz Səlimov Şəhid ailələri, Qazilər, Qazi ailələri ilə bağlı-HÖKUMƏTƏ SƏSLƏNDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir