Mərkəzi Bankın sterilizasiya alətlərinə tələb yüksəkdir – BAŞ BANKİR

“2017-ci ildə monetar şərait əsasən fiskal və bank sektorun likvidliyə olan ehtiyacların təsiri altında formalaşıb”.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı  Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Baş bankirin sözlərinə görə, 2017-ci ilin ötən dövrü ərzində manatla pul bazası 11%-dən çox artıb, qeyri-neft sektorunda isə iqtisadi artım isə son 10 ayda 2,1% təşkil edib.O, ekspertlərin ölkədə pul kütləsinin azaldılması ilə bağlı fikirlərinə də münasibət bildirib:

“Belə bir vəziyyətdə bəzən ekspert icmasında iqtisadiyyatda pulun çatışmaması və bunun makroiqtisadi inkişafa mənfi təsir göstərməsi barədə fikirlər səsləndirilir. Bununla əlaqədar qeyd etmək istəyirəm ki, Mərkəzi Bank iqtisadiyyatın, ödəniş sisteminin, ilk növbədə büdcə sisteminin fasiləsiz çalışması üçün iqtisadiyyata kifayət qədər pul verir. Digər tərəfdən hazırda bank aktivlərinin təxminən 20%-dən çoxunu likvid aktiv təşkil edir. Biz kredit aktivliyinin yüksəlməsini müşahidə etmirik. Mərkəzi Bank bütövlükdə likvidliyin verilməsi, bütün pəncərə, yəni sterilizasiya alətlərini daim aktiv saxlayır. Cari ildə kreditlərin verilməsi ilə bağlı heç bir müraciət edilməyib”.

E. Rüstəmov deyib ki, lakin Mərkəzi Bankın sterilizasiya alətlərinə tələb yüksəkdir:

İlin ötən dövründə həm Mərkəzi Bankın, həm də Maliyyə Nazirliyinin maliyyə alətlərinə müraciətlərində tələb təklifi təxminən 3 dəfə üstələyib”.

KAMİL

Etikxeber.az

Read Previous

“Bakı böyüdükcə, Azərbaycan kiçilir…” – DEPUTATDAN ETİRAZ

Read Next

“Harada səfirlik lazım deyil, onu saxlayırlar, amma…” – SİYAVUŞ NOVRUZOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir