“Məsələləri aidiyyatı qurumlar qarşısında qaldıracağam və…” – YAP-IN GƏNC NAMİZƏDİ – FOTOLAR

63 saylı Sabirabad birinci seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputatlığa namizəd Kamal Cəfərov seçicilərlə görüşlərini davam etdirir.

Etikxeber.az-ın yap2020-az-a istinadən xəbərinə görə, deputatlığa namizəd yanvar ayının 21-də Sabirabad rayonun Bulaqlı Yastıqobu kənd seçiciləri ilə görüşü olub.

Görüşdə seçicilərin parlament seçkilərində YAP-ın namizədlərinə səs verəcəyinə əminlik ifadə olunub.

“İlkin olaraq, Sabirabad gənclərindən ibarət 25 nəfərlik könüllülərimizlə görüş keçirdik. Görüşdə onları maraqlandıran sualları cavablandırıb, onlarla birlikdə Yastıqobu və Bulaqlı kəndlərinin sakinlərinin qəbuluna getdik. Onlara təhsilim, iş təcrübəm və platformam haqqında məlumat verdim. Kənd sakinləri ilə səmimi dialoqumuz oldu.

Eyni zamanda, onları narahat edən məsələlərə qulaq asdıq. Kənd camaatı və könüllülərlə birlikdə tədbirdən dərhal sonra Vüqar Quliyev adına Bulaqlı kənd tam orta məktəbi də ziyarət etdik. Məktəbin isitmə problemi var idi. Yastıqobu və Bulaqlı kəndlərinin sakinlərinə söz verdim ki, mənə etimad görsətsələr, həmin məsələləri aidiyyatı qurumlar qarşısında qaldıracağam və həllinə nail olacağam”.

Bunu isə K. Cəfərovun özü qeyd edib.

Qeyd edək ki, K. Cəfərov ilk dəfədir seçkilərdə iştirak edir.

Onun seçkilərə qatıldığı dairəni hazırda parlamentdə YAP-çı deputat Elçin Quliyev təmsil edir.

Ancaq bu dəfə E. Quliyev YAP-ın siyahısından kənarda qalıb.

Deputatlığa namizəd N. Cəfərova gəlincə,o, hazırda Korrupsiyaya Qarşı Mübarizə Üzrə Komissiyanın katibidir.

Onun 31 yaşı var.

Etikxeber.az

Read Previous

“Balaca bir insident də oldu…” – SAHİB ALIYEV AYDINLIQ GƏTİRDİ – FOTOLAR

Read Next

İcra başçıları seçkilərə müdaxilə edir?!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir