Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Sosial şəbəkələrdə düşmən təbliğatına xidmət edən bəzi insanlar azərbaycanlıların ermənilərin aksiyası zamanı bizim səfirliklərin önünə getdiklərini və səfirliyi qorumağa çalışdıqlarını qınayırlar. Təbii ki, səfirlikləri yerli hökumətlər qoruyur və bu vəzifə yerli polisin üzərindədir. Amma məsələnin daha fərqli və milli tərəfi var ki, bunu onlar başa düşə bilməzlər.
Etikxeber.az-ın xəbərinə görə, bunu parlamentin komitə sədri Tahir Mirkişili deyib.
Qeyd edib ki, aksiyada iştirak edən azərbaycanlıların məqsədi yalnız səfirlikləri qorumaq olmayıb. Səfirliklər və onların ərazisi Azərbaycan torpağı sayılır. Ora hücum edən, ora qarşı söylənən hər bir söz Azərbaycana, bizə qarşı hərəkətdir.
“Ermənilərə qarşı səfirliklər önündə sipər olan azərbaycanlılar düşmənə və bütün dünyaya mühüm bir mesaj verdilər: “Harda yerləşməyindən asılı olmayaraq Azərbaycan torpağının hər qarışını canımız və iradəmizlə qoruyacağıq! Erməni yalanlarını dünyanın heç bir yerində cavabsız qoymayacağıq!”. Bu, son illərdə miqyasına görə düşmənə və dünyaya bizim verdiyimiz ən güclü mesaj oldu! Milli problemin həlli üçün güclü milli iradə, milli lider və güclü dövlət lazım ki, biz artıq buna sahibik! Geridə qalanları təfərrüatdır”-deyə, o, əlavə edib.
Etikxeber.az