Azərbaycanımızın İstiqlalçı Millət Vəkili, xalq hərəkatında dəyərli silahdaşımız və dostumuz Hicran Kərimli vəfat edib.
Etikxeber.az-ın xəbərinə görə, bu haqda eks-spiker, məşhur “43-lər”dən olan İstiqlalçı millət vəkili İsa Qəmbər öz sosial şəbəkə hesabında yazıb.
“Yalnız ailəsi və yaxınları üçün deyil, bütün xalqımız üçün böyük itkidir. Unutmayacağıq. Tanrı ruhunu şad etsin”-deyə, İ. Qəmbər sonra yazıb.
Qeyd edək ki, əslən Naxçıvan Muxtar Respublikasından-Ordubaddan olan mərhum Hicran Kərimli 1990-95-ci illərdə keçmiş Ali Soverin (sonradan Milli Məclisin) üzvü olub.
O, “Müstəqil Azərbaycan” Demokratik Blokunun üzvlərindən və məşhur “43-lər”dən, SSRİ-nin qorunub saxlanılması haqqında referendumun Azərbaycanda keçirilməsinin əleyhinə səs verən millət vəkillərindən biri olub.
1990-ci illərin sonlarından isə H. Kərimli aktiv siyasi fəaliyyətdən uzaqlaşıb.
Allah rəhmət etsin!


Etikxeber.az