Türkiyənin ünlü dizi oyunçuları Fahriye Evcenlə Burak Özçivitin toy tarixləri bəlli olub.
Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu yaxınlarda Almaniyada nişan mərasimi keçirən məşhur çütlük iyun ayında “dünya evi”nə girəcəklər.
3 ildir eşq yaşayan cütlük artıq ilkin toy dəvətnamələrini də hazırlayıblar və dəvətnamədə bu sözlər yazılır: bu tarixi unutmayın.
Cütlüyün toyu isə iyunun 29-da İstnabulda olacaq.
Toydan sonra və ya düyün ərəfəsində də B. Özçivitin yeni dizi-serial hazırlıqlarına başlayacağı gözlənilir.
Qeyd edək ki, M. Özçivit hazırda başa çatmaqda olan “Kara sevda” serialında baş rollardan birində – Kamal rolunda oynayır.
Həmin serialın da gələn həftə son bölümünün olacağı gözlənilir.
Etikxeber.az