Məsimli Baltik Assambleyasının 35-ci sessiyasında iştirak edəcək

Milli Məclisin deputatı Əli Məsimli Baltik Assambleyasının 35-ci sessiyasında və Baltik Şurasının 22-ci iclasında iştirak etmək üçün oktyabrın 27-dən 29-dək Latviyada səfərdə olacaq.

Parlamentin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, Riqa şəhərində keçiriləcək toplantıda Avropa İttifaqının sərhədlərinin idarə olunması və miqrasiya məsələləri, Baltik dövlətləri üçün yeni çağırışlar, quruma üzv dövlətlərdə demoqrafik vəziyyət, regional nəqliyyat infrastrukturunun inkişafı barədə məsələlər müzakirə ediləcək.

Deputat  müzakirə edilən məsələlərə münasibətini bildirəcək.

Etikxeber.az

Read Previous

Prezident daha 4 səfirin etimadnaməsini qəbul etdi

Read Next

54 Afrika ölkəsini birləşdirən Pan-Afrika Parlamenti Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır – Safiya Elmi Cibril

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir