Mətbuat Şurasında tanınmış veteran jurnalistlərlə görüş keçirildi – FOTO

Yanvarın 31-də Azərbaycan Mətbuat Şurasının “Ahıl Jurnalistlər Məclisi”nin (AJM) təşkilatçılığı ilə tanınmış veteran jurnalistlər Eldost Bayramın 70, Tofiq Yusifovun 60 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib.

Etikxeber.az xəbər verir ki, tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurumun başlıca fəaliyyət istiqamətlərindən biri də ömrünü-gününü Azərbaycan jurnalistikasına həsr etmiş dəyərli sənət adamlarının yubileylərinin keçirilməsi, onlarla bağlı əlamətdar günlərin yada salınmasıdır.

Vurğulanıb ki, Şuranın “Ahıl Jurnalistlər Məclisi” də məhz bu məqsədlə yaradılıb. Məclisin ötən müddətdə gördüyü işlərin rəğbətlə qarşılandığını deyən Ə.Amaşov əlavə edib ki, bu gün təşkil olunmuş tədbir jurnalistika peşəsinə dəyər verən şəxslərin əməyinin qiymətləndirilməsi baxımından zəruridir.

Sonra Ə.Amaşov diktor, Xalq Artisti Eldost Bayramı və jurnalist T.Yusifovu rəhbərlik etdiyi qurumun diplomu ilə təltif edib.

AJM-nın sədr müavini Məzahir Süleymanzadə yubilyarlara məclisin xatirə hədiyyəsini təqdim edərək söyləyib ki, Azərbaycan Mətbuat Şurası ahıl jurnalistlərə qayğı ənənəsini davam etdirməkdədir. M.Süleymanzadə jubilyarların fəaliyyətindən söz açıb, onları peşələrinə sadiq sənət adamları kimi xarakterizə edib.

Daha sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekan əvəzi, İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli, “Xalq” qəzetinin baş redaktor müavini Tahir Aydınoğlu, tanınmış diktor, Xalq Artisti Əli Məmmədov, veteran jurnalistlər – İntiqam Mehdizadə, Bəbir Hüseynov, Şəddat Cəfərov və başqaları hər iki yubilyarın ömür yolundan söz açaraq onlara can sağlığı, uğurlar arzulayıblar .

Etikxeber.az

Read Previous

Müdafiə Nazirliyi ilə “Dini Qurumlar” arasında illik tədbirlər planı imzalandı

Read Next

5 il ərzində gənclərlə bağlı layihələrə 24 milyon dollardan artıq xərclənib – NAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir