Məzari-Şərifdə əfqan əsgəri 4 Amerika hərbçisini güllələdi

Əfqan əsgərin Məzari-Şərifdə hərbi bazaya hücumu nəticəsində azı 4 Amerika hərbçisi həlak olub.

Etikxeber.az xəbər verir ki, bu barədə Reuters agentliyi hərbi məmura istinadla məlumat yayıb. “Əfqanıstanlı əsgər bazanın ərazisində 4 ABŞ əsgərini güllə ilə vurub. Biz təhqiqat aparırıq”, – Əfqanıstan ordusunun 209-cu korpusunun nümayəndəsi Abdulla Kaxar Araam agentliyə belə deyib. ABŞ-ın Kabildəki hərbi komandanlığından Məzari-Şərif şəhərindəki “Şahin” düşərgəsində baş vermiş insident barədə məlumatlı olduqlarını bildiriblər.

Bir qədər əvvəl KİV-lər buna bənzər insident zamanı 3 ABŞ əsgərinin həlak olduğu haqqında məlumat yaymışdılar.

Etikxeber.az

Read Previous

Ərdoğan da CXP-nin “Ədalət!” yürüşündən danışdı və xəbərdarlıq etdi…

Read Next

ABŞ Əfqanıstanda amerikalı hərbçilərin öldürülməsi xəbərini təkziblədi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir