Mədəniyyət komitəsi də-İLK DƏFƏ TOPLAŞDI – “KİNEMATOQRAFİYA HAQQINDA” VƏ “MUĞAM SƏNƏTİ HAQQINDA” QANUN LAYİHƏLƏRİ YENİDƏN GÜNDƏMDƏ – MƏDƏNİYYƏT NAZİRİ ƏVƏZİ DƏ İCLASA QATILDI – YENİLƏNİB – (3)

Bu gün- sentyabrın 17-də Milli Məclisin (MM) qarşıdan gələn payız sessiyası ilə bağlı palamentin daha bir-Mədəniyyət komitəsinin ilk iclası öz işinə başlayıb.

Etikxeber.az-ın xəbərinə görə, iclasa komitənin rəhbəri, professor Qənirə Paşayeva sədrlik edir.

İclasda komitənin yaz və növbədənkənar sessiyalardakı fəaliyyəıti ilə bağlı hesabatının, o cümlədən, payız sessiyası ilə əlaqədar işlər planının müzakirəsi və təsdiqi gözlənilir..

İclasda cari məsələlərlə də bağlı müzakirələr aparılacaq.

Qeyd edək ki, adıçəkilən komitənin üzvləri bunlardır:

Qənirə Ələsgər qızı Paşayeva – Sədr

Fazil Qəzənfər oğlu Mustafa – Sədr müavini

Aqil Məhəmməd oğlu Abbas  
 
Ülviyyə Cavanşir qızı Ağayeva  
 
Novruzəli Davud oğlu Aslanov

Nizami Qulu oğlu Cəfərov

Ələkbərov Əziz Yusif oğlu

Cavanşir Əyyub oğlu Feyziyev
 
Ülviyyə Tapdıq qızı Həmzəyeva  
 
Sabir Xudu oğlu Rüstəmxanlı 
 
Mixail Yuryeviç Zabelin

Onu da qeyd edək ki, Q. Paşayeva 6-cı çağırışdan (bu ilin martından) bu komitəyə sədrlik edir.

14:59

***

İclasda qeyd edilib ki, hesabat dövründə 6 iclas keçirilib, 14 məsələ müzakirə olunub və onlardan da 13-ü qanun layihələri olub.

Komitənin ünvanına 622məktub, təklif, ərizə və şikayət daxil olub, onlardan 554-ü baxılması üçün müvafiq təşkilatlara göndərilib.

Komitənin qanunvericilik işləri planında isə iki yeni qanun layihəsi yer alıb: “Kinematoqrafiya haqqında” və ” Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”.

Həmçinin, qeyd edək ki, iclasa Mədəniyyət nazirinin səlahiyyətlərini icra edən Anar Kərimov da qatılıb.

15:02

***

Adıçəkilən komitənin sədri, professor Qənirə Paşayeva komitəyə rəhbərliyə bu ilin mart ayından, 6-cı çağırış dövründən başladığını deyib və əlavə edib ki, bu dövrdə həm komitə üzvləri, həm də parlamentin sədri Sahibə Qafarova başda olmaq, MM rəhbərliyi ona dəstək, yardımçı olublar.

Buna görə, həm MM rəhbərliyinə, həm komitə üzvlərinə minnətdarlığını ifadə edən komitə sədri növbəti dönəmdə də fəaliyyətlərinin uğurlu olacağına əminliyini bildirib.

Komitə sədri bildirib ki, bu günə qədər Mədəniyyət komitəsində 300-ə yaxın ziyalının müraciəti əsasında onların qəbulu həyata keçirilib.

Onun sözlərinə görə, edilən müraciətlərin müsbət cavablandırılması üçün çalışılır:

“Bizə edilən heç bir müraciət geri çevrilməyəcək”.

Sonra “Bildiyiniz kimi, Mədəniyyət Nazirliyinin strukturlarında çox ciddi problemlər var idi. Bir müddət öncə cənab Prezidentin Sərəncamları ilə nazirlikdə kadr dəyişiklikləri baş verdi, həmçinin, nazirlikdə islahatlara başlanıldı”-deyən komitə sədri bildirib ki, Mədəniyyət nazirinin birinci müavini təyin edilən və nazir vəzifəsini icra edən Anar Kərimovun vəzifəyə başlamasından sonra ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə əsasən adıçəkilən nazirlikdə geniş struktur islahatları aparılır:

“Ona görə də payız sessiyası ilə bağlı komitəmizin ilk iclasına Anar müəllimi də dəvət etdik. Hesab edirəm ki, Mədəniyyət komitəsi ilə Mədəniyyət Nazirliyinin birgə fəaliyyətinə ehtiyac var və bu birgə fəaliyyət mədəniyyətimizlə bağlı məsələlərə öz müsbət töhfəsini verəcək”.

15:18

***

Komitə sədri qanunvericilik işləri planında nəzərdə tutulan qanun layihələrinə toxunaraq bildirib ki, kinematoqrafiya sahəsində ciddi problemlər və boşluqlar var.

Xüsusilə də, bu sahəni tənzimləyən mövcud qanunvericilikdə böyük dəyişikliklərə və təkmilləşdirmələrə ehtiyac duyulur:

“Ona görə də “Kinematoqrafiya haqqında” yeni, təkmil qanun layihəsinin müzakirəsini və qəbulunu nəzərdə tuturuq. Belə bir təkmli sənədə ciddi ehtiyacımız var”.

Komitə sədri eyni zamanda, “Muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi barədə danışaraq, bu sənədin qəbulunun Azərbaycan muğamının inkişafına töhfələr verə biləcəyini söyləyib.

Q. Paşayeva, ümumiyyətlə, son illər ölkə Prezidentinin, o cümlədən, Birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində Azərbaycan muğamının, muğam sənətinin növbəti inkişaf, intibah dövrünu yaşadığını xatırladıb.

Bildirib ki, bu gün Azərbaycan muğamı dünyada tanınır, dünyanı fəth etməkdədir:

“Odur ki, muğam sənətinin də inkişafı, qorunması ilə bağlı xüsusi qanuna ehtiyac var. Biz bu yöndə də qanun layihəsinin müzakirəsini və qəbulunu nəzərdə tuturuq”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“İslahat İşçi Qrupu təsis etmişik…”-ANAR KƏRİMOV MM-DƏ ÇIXIŞINDA DEDİ, NAZİR ƏVƏZİ HƏMÇİNİN, VERGİ GÜZƏŞTLƏRİNƏ EHTİYAC OLDUĞUNU BİLDİRDİ – YENİLƏNİB – (2)

Read Next

“Yazıçılar Birliyi təbiəti sevənlər dərnəyi, cəmiyyəti deyil, axı?!”-NİZAMİ CƏFƏROV YARADICI ŞƏXSLƏR VƏ YARADICILIQ TƏŞKİLATLARI İLƏ BAĞLI AYRICA QANUNA EHTİYAC OLDUĞUNU BİLDİRİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir