Mədəniyyət Nazirliyi ilə Gənclər və İdman Nazirliyi-BİRLƏŞDİRİLİR? – (ÖZƏL)

Yaxın zamanlarda iki nazirlik birləşdirilə bilər.

Bu haqda Etikxeber.az-a etibarlı mənbədən bildirilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin birləşdirilməsi gözlənilir.

“Bu haqda yuxarı dairələrdə müzakirələr gedir. Ola bilər ki, yaxın zamanlarda konkret qərar verilsin, yəni, Mədəniyyət Nazirliyi ilə Gənclər və İdman Nazirliyi birləşdirilsin”-deyə, sonra bildirilib.

Onu da qeyd edək ki, Gənclər və idman naziri vəzifəsi hazırda boşdur.

Bir müddət öncə Gənclər və idman naziri Azad Rəhimov xərçəng xəstəliyindən dünyasını dəyişib.

Etikxeber.az

Read Previous

MM-in iclası-SPİKER İTALİYA SƏFƏRİNDƏN DANIŞDI, AVROPARLAMENTİ SƏRT TƏNQİD ETDİ, ZAHİD ORUC ERMƏNİLƏRƏ SƏSLƏNDİ, HAKİMLƏRLƏ BAĞLI QƏRAR LAYİHƏLƏRİ QƏBUL OLUNDU – YENİLƏNİB – (3)

Read Next

Dövlət satınalmaları ilə bağlı-YENİ QANUN LAYİHƏSİ HAZIRLANIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir