Məhkəmə-hüquq sistemində islahatlar: BAŞLAMADAN BİTƏCƏK, YOXSA, NƏTİCƏ VERƏCƏK? – RƏY(LƏR)

FƏZAİL AĞAMALI: Azərbaycanda həqiqətən müstəqil, hansısa sifarişə əsaslanmayan, ədalətsizlikdən kənar, haqqa-ədalətə söykənən bir məhkəmə sisteminin yaradılmasını gözləyirik

Ölkə prezidenti cənab İlham Əliyevin  2018-ci ilin aprel seçkilərindən sonra başlamış olduğu islahatları davam etdirir. Bu islahatlar cəmiyyətin bütün sahələrini əhatə edən və dərin xarakter daşıyan, ardıcıl və sistemli islahatlardır. Məhkəmə-hüquq sistemində ciddi islahatlara ehtiyac duyulurdu. Ölkə prezidenti bir müddət öncə anonsunu da vermişdi. Əgər iqtisadi, sosial, siyasi xarakter daşıyan islahatlar gedirsə, təbii ki, hüquqi islahatlar da aparılmalıdır. Mənə elə gəlir ki, təkcə məhkəmə-hüquq  sahəsini deyil, digər sahələri  də əhatə edəcək yeni fərmanlar veriləcək.

DIQLAS-ILYA-1

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı deyib.

Millət vəkilinin dediyinə görə, bu islahatlar inqilabi xarakter daşıyır.

fazail_agamali_141015

“Sənədlə tanış oldum. Bu fərmanda məhkəmə sistemini tamamilə yenidən qurulmasını özündə ehtiva edən yanaşma var. Prezidentin iradəsi ortadadır. Fərmanda şəffaflıq, qanunun aliliyi,  ədalət və haqqa söykənən məhkəmə sisteminin yaradılması öz əksini tapıb. Ədliyyə Nazirliyinə və digər qurumlara müvafiq tapşırıqlar verilib. Bu  sənədlər  hazırlanandan sonra Azərbaycanda həqiqətən müstəqil, hansısa sifarişə əsaslanmayan, ədalətsizlikdən kənar, haqqa-ədalətə söykənən bir məhkəmə sisteminin yaradılmasını gözləyirik. Fərmanda hüquqi öhdəliklər öz əksini tapıb. Bu fərman son dərəcə ciddi və tarixi sənəddir. Sənədə görə cənab prezidentə təşəkkür edirəm”-deyə, F. Ağamalı sözlərinə əlavə edib.

malaxatttt-yeni

MƏLAHƏT İBRAHİMQIZI: Əslində zaman-zaman  məhkəmə-hüquq sistemində  də islahatlar aparılmışdı, ancaq dövrün tələblərinə və reallıqlarına uyğun olaraq, islahatların yeni mərhələsinə ehtiyac duyulurdu 

Adıçəkilən komitənin sədr müavini Məlahət İbrahimqızı öz növbəsində ölkə prezidentinin son fərmanını çox müsbət və təqdirəlayiq hesab etdiyini bildirib.

Qeyd edib ki, Azərbaycanda bütün sahələrdə islahatlar prosesi gedir və son aylar bu proses daha sürətli, daha intensiv xarakter alıb:

“Məhkəmə-hüquq sahəsində də heç şübhəsiz ki, islahatlar ehtiyac duyulurdu. İslahatlar prosesi bu sahədən də kənarda qala bilməzdi. Əslində zaman-zaman  məhkəmə-hüquq sistemində  də islahatlar aparılmışdı, ancaq dövrün tələblərinə və reallıqlarına uyğun olaraq, islahatların yeni mərhələsinə ehtiyac duyulurdu. Ölkə prezidentinin Azərbaycan xalqına Novruz təbrikində bu islahatların anonsu verilmişdi. Ölkə prezidenti qeyd etmişdi ki, “islahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar davam etdiriləcək, artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır”. Artıq gördüyünüz kimi, hər zaman verdiyi sözə, vədinə sadiq olan dövlət başçısı məhkəmə-hüquq sistemində də islahatların aparılması ilə bağlı fərman verdi. Hesab edirəm ki, bu fərman ölkədə məhkəmə-hüquq sisteminin daha da inkişafına öz müsbət töhfələrini verəcək, bu sahədə üzə çıxan bəzi problemlərin həllinə müsbət təsirini göstərəcək. Bu fərman, sadəcə, təqdirə və alqışa layiqdir”.

ELDENIZ-3

ELDƏNİZ SƏLİMOV: İnsalarımızın beyinlərində, düşüncələrində artıq  narahatlıq doğuran suallar qalmayacaq

Digər millət vəkili Eldəniz Səlimov da həmkarları kimi, ölkə prezidentinin son fərmanını tarixi bir fərman adlandıraraq, onun yüksək qiymətləndirdiyini və dəstəklədiyini bildirib.

E. Səlimovun bildirdiyinə görə, Azərbaycanda həyata keçirilən islahatlar artıq qarşısıalınmaz bir prosesə çevrilib:

“Demək olar ki, az qala hər gün islahatların növbəti-yeni mərhələsi, addımları iləqarşılaşırıq. 2019-cu il başlayar-başlmaz islahatlar prosesi həyatımızın bütün sahələrinə sirayət və nüfuz etməyə başladı. Hər bir sahədə islahatlar gedir və ya davam etdirilir. Təbii ki, məhkəmə-hüquq sistemində də islahatlara, onun yeni mərhələsinə böyük zərurət, ehtiyac vardı. Bu məsələ ətrafında da son zamanlar xeyli müzakirələr, fikir mübadilələri gedirdi. Hər bir kəs burada da islahatların artıq qaçılmaz olduğunu vurğulayır, ölkədəki islahatların banisi olan cənab prezidentdən bu yöndə də müvafiq addımların atılmasını ümidlə gözləyirdi. Ələlxüsus, ölkə prezidentinin bir müddət öncə islahatlar anonsunu verməsi bu yöndə ümidləri bir qədər də çox artırmışdı və nəticədə də gözlənilədiyi kimi oldu, aprelin 3-də məhkəmə-hüquq sistemində də islahatların aparılması ilə bağlı prezident fərmanı imzalandı. İnanıram  və qəti şəkildə əminəm ki, bu fərman məhkəmə-hüquq sistemində mövcud olan problemlərin, bəzi xoşagəlməz nüansların, neqativlərin aradan qaldırılmasına, şəffaflığın və aşkarlığın daha yüksək şəkildə təmin olunmasına gətirib çıxaracaq. İnsalarımızın beyinlərində, düşüncələrində artıq bununla bağlı narahatlıq doğuran suallar qalmayacaq”.

Etikxeber.az

Read Previous

Azərbaycan-Gürcüstan birgə universiteti yaradıla bilər – FUAD MURADOV

Read Next

Daşkəsəndə yol tikintisinə 8,5 milyon manat ayrıldı – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir