Peşə təhsili və ümumi təhsillə də bağlı ayrıca qanunlar olacaq- YENİLƏNİB – (2)

“Komitəmizin yaz sessiyasındakı fəaliyyəti uğurlu olub. Komitəmizin üzvləri həmin dövrdə çox məhsuldar işləyiblər”.

isa-habib

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) qarşıdan gələn 2017-ci il payız sessiyası ilə bağlı parlamentin Elm və təhsil komitəsinin sentyabrın 18-də keçirilən iclasında akademik, adıçəkilən komitənin sədri İsa Həbibbəyli deyib.

O, ötən sessiyada komitənin 6 iclasının keçirildiyini, bir sıra mühüm sənədlərin müzakirə olunduğunu deyərək xatırladıb ki, həmin dövrdə ən uğurlu iş “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin qəbul olunması və onun ölkə Prezidenti tərəfindən imzalanaraq, hüquqi qüvvəyə minməsi olub.

“Bu, çox vacib qanundur və Azərbaycan təhsilinə böyük töhfə verəcək”-deyə, komitə sədri sonra bildirib.

***

İ. Həbibbəyli daha sonra komitənin gündəmində “Peşə təhsil haqqında” qanun layihəsinin dayandığını deyib. 

Onun sözlərinə görə, həmin sənədin parlamentin payız sessiyasının müzakirələrinə çıxarılması nəzərdə tutulur:

“Çox güman ki, biz həmin sənədi oktyabr ayında müzakirələrə təqdim edə biləcəyik. Bu da olduqca vacib və əhəmiyyətli sənəddir. Yaz sessiyasından sonrakı dövrdə də bunun üzərində çox ciddi işlənilib və o, artıq müzakirələrə hazırdır”.

***

Komitə sədri həmçinin, “Ümumi təhsil haqqında” qanun layihəsinin hazırlanmasının və müzakirələrə çıxarılmasının nəzərdə tutulduğunu söyləyib:

“Biz bu sənədi peşə təhsili ilə bağlı qanun layihəsini müzakirələrə təqdim edildikdən dərhal sonra, yəni, noyabr ayında hazırlamağa başlamağı nəzərdə tuturuq. Həmin vaxt bu qanun layihəsinin hazırlanması ilə bağlı İşçi Qrupunu yaradacağıq. Bu sənədin də hazırlanması və qəbulunu vacib sayırıq”.

***

asimmm

“Ali təhsil haqqında” da qanun layihəsi hazırlansın – ASİM MOLLAZADƏ

Adıçəkilən komitənin üzvü, millət vəkili Asim Mollazadə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanmasının vacibliyini dilə gətirib:

“Hesab edirəm ki, ali təhsillə də bağlı qanun layihəsinin hazırlanması və qəbulu vacibdir. Odur ki, bu sessiyada olmasa da, yaz sessiyasında belə bir sənədi hazırlayıb müzakirələrə təqim etmək məqsədəuyğun olardı. Ümumiyyətlə, ölkənin elm və təhsil sahəsi ilə bağlı qanunvericilik bazasının möhkəmləndirilməsi və təkmilləşdirilməsi ən əhəmiyyətli məsələlərdən biri kimi öndə tutulmalıdır”.

Etiikxeber.az

 

 

Read Previous

Prezidentlə birinci vitse-prezident ABŞ-a getdi

Read Next

“Dərsliklərlə bağlı qanuna ehtiyac var, çünki…” – RAFAEL HÜSEYNOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir