“Məktəb binaları hələ də tədris üçün yararsız, bəziləri hətta qəzalı vəziyyətdədir”- OMBUDSMAN

“Geniş miqyaslı təmir-tikinti işləri aparılması ilə yanaşı, şəhər və rayonlarda yerləşən bir sıra məktəb binaları hələ də tədris üçün yararsız, bəziləri hətta qəzalı vəziyyətdədir”.

Etikxeber.az xəbər verir ki, bu barədə Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2016-cı il üzrə illik məruzəsində bildirilib.

Məruzədə qeyd olunub ki, rayonlarda, xüsusilə kəndlərdə və qəsəbələrdə məktəbəqədər təhsil müəssisələrinin sayının az olması, bir çox hallarda uyğunlaşdırılmış və ya tam təmirsiz binalarda fəaliyyət göstərməsi uşaqların təlim-tərbiyəsində çətinlik yaradır.

Bildirilir ki, bəzi müəssisələrin fəaliyyətinin tamamilə dayandırılması da xüsusi narahatlıq yaratmaqdadır. Bu müəssisələrdəki yerlərin mövcud uşaq sayından çox az olması sıxlığın yaranmasına səbəb olmaqla, ciddi problemlər yaratmaqda və şikayətlərə səbəb olmaqdadır:

“Məktəbəqədər təhsil sistemindəki problemlərlə bağlı müvəkkilin ünvanına daxil olmuş müraciətlərdə bəzi yaşayış ərazilərində uşaq bağçalarının olmaması, mövcud belə müəssisələrin uşaqların sayı baxımından tələbatı ödənilməməsi, uşaq bağçalarına uşaqların qəbul edilməsi və ya bağçanın bəzi ehtiyacları üçün valideynlərdən pul tələb edilməsi, bağçalara uşaq qəbulu üzrə növbəçilik prinsipinə əməl edilməsi, mövcud uşaq bağçalarının bağlanılması kimi hallar öz əksini tapıb. Odur ki, müvafiq ərazilərdə və yaşayış məntəqələrində uşaqların sayı və tələbatı nəzərə alınmaqla, məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin yenidən qurulması və genişləndirilməsi zəruridir”.

Etikxeber.az

Read Previous

Zabil Müqabiloğlu dəfn olundu – FOTO

Read Next

Əliyevlə Qətər Əmirinin geniş tərkibdə görüşü olub – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir