“Məktəbin əsas vəzifəsi vətəndaş yetişdirməkdir…”- DEPUTATDAN MƏKTƏBLİLƏRƏ ÇAĞIRIŞ – FOTOLAR

287 nömrələri “Zəkalar” liseyində Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (İB) dəstəyi ilə “Uşaqların vətənpərvərlik ruhunda böyüməsində aydınların rolu” adlı tədbir keçirilib.
Etikxeber.az xəbər verir ki, tədbirdə çıxış edən liseyin direktoru Aygün Əhmədli Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, millət vəkili Qənirə Paşayeva çıxışlar edərək uşaqlarımızın, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin önəmindən danışıblar və şagirdlərə əhəmiyyətli məsləhətlər veriblər.
Q.Paşayeva  şagirdlərin maraqlı proqram əsasında tərtib olunmuş çıxışlarına görə uşaqları, bu işdə onlara dəstək olan müəllimləri və tədbirin təşkilatçıları olan 287 nömrəli  “Zəkalar” liseyinin rəhbərliyi və kollektivini, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-ni təbrik edib.
Millət vəkili  bir orta məktəbdə belə bir maraqlı proqramın gerçəkləşdirilməsindən məmnunluğunu ifadə edib.
Gəncləri oxumağa, öyrənməyə, savadlı olmağa, fundamental fənlərlə yanaşı, tarixi dərindən öyrənməyə, vətənpərvər olmağa, zərərli vərdişlərdən uzaq olmağa çağırıb.
Millət vəkili orta məktəbin ən əsas vəzifəsinin vətəndaş yetişdirmək olduğunu deyərək, şagirdlərin bütün əldə etdiklərinin onların geniş dünyagörüşünə yiyələnmələri, başqa ölkələrdən olan həmyaşıdları ilə qarşılaşdıqda, gələcəkdə önəmli mövqelərə çıxdıqda hazırlıqlı olmağa hesablandığını qeyd edib.
Bu deyilənləri şüurlu və peşəkar vətəndaşlıq təliminin orta məktəbdən formalaşan addımları kimi xarakterizə edən ​ Q. Paşayeva özünəməxsus nəticələri olan 287 saylı “Zəkalar” liseyinin gələcəkdə daha böyük uğurlara imza atacağına inamını ifadə edib.
​ Q. Paşayeva məktəbdə tariximizin ​ öyrənilməsi istiqamətində həyata keçirilən işlərin önəmini xüsusi vurğulayıb.
Tədbirin sonunda təhsildə fərqlənən şagirdlərin hər birinə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin kitablar hədiyyəsi və məktəbli üçün gərəkli bir sıra hədiyyələri təqdim olunub.
Kitabın ən dəyərli hədiyyə olduğu vurğulanıb və şagirdlərdə mütaliə bacarığının formalaşdırılmasında mütaliənin rolu xüsusi qeyd edilərək uşaqlara tariximizə aid hədiyyə edilmiş kitabları dərindən oxumaq çağırışı edilib.
Tədbirin sonunda Q.Paşayeva, A. Bağırova müəllimlərlə də geniş söhbət ediblər. 
Etikxeber.az

Read Previous

“Müəllim peşəsi mənim üçün yad peşə deyil…” – İLHAM ƏLİYEV – FOTO

Read Next

AŞPA-nın Büro və Daimi Komitə iclasları keçiriləcək…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir