Məktəbli çantalarına yalnız ehtiyac olunan dərs resursları qoyulsun – Təhsil Nazirliyi

“Azərbaycanda ümumtəhsil səviyyəsində tətbiq olunan həftəlik dərs yükü norması və dərsliklər beynəlxalq standartlara uyğundur”.

Etikxeber.az-ın APA-ya istinadən xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

Nazir müavini bildirib ki, təqdim olunan dərsliklər, onların sayı, çəkisi uşaqlar üçün  nəzərdə tutulan normadan artıq deyil. Nazir müavininin sözlərinə görə, valideynlər tərəfindən əlavə olaraq çantaya hansısa resurslar alınıb qoyulursa, bunun şərh  etmək çətindir:

“Çünki bir çox hallarda bu məsələ qaldırılıb və müzakirə edilib. Ancaq görünür ki, çantalara tələb olunan və olunmayan əlavə resurslar da qoyulur. Yəqin ki, hər bir valideyn ona diqqət yetirməlidir ki, çantalara yalnız ehtiyac olunan dərs resursları qoyulsun”.

Etikxeber.az

Read Previous

Rusiya xalqı Putinin siyasətinə dəstəyini nümayiş etdirib” – PREZİDENT

Read Next

Şahidlər adlarına olan kreditlərdən xəbərsiz olduqlarını söylədilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir