Məmmədyarov: “Ermənilərin Ağdamda hərbi təlimlər keçirmələri sülh prosesinə böyük zərbədir”

“Ermənilərin Ağdamda hərbi təlimlər keçirmələri sülh prosesinə böyük zərbədir”.

Etikxeber.az xəbər verir ki, bunu  xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Nyu-Yorkda işgüzar səfərdə olduğu zaman çıxışında təmas xəttində Ermənistan tərəfindən hərbi təlimlərin keçirilməsi məsələsi barədə danışıb, bu hadisəni təxribat adlandırıb.

“Əgər sülhdən danışırıqsa, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyini deyiriksə, o zaman onların Ağdamda təlim keçirmələri təxribatdır, sülh prosesinə böyük zərbədir. Həmsədrlərə də bu barədə ətraflı məlumat vermişəm. Onlar da Ermənistan tərəfinə çatdırmalıdırlar ki, belə təxribatlardan çəkinsinlər” – deyə, E.Məmmədyarov vurğulayıb.

Etikxeber.az

Read Previous

BMT baş katibinin müşaviri: “Dinlər və mədəniyyətlərarası əməkdaşlığın möhkəmləndirilməsi önəmlidir”- YENİLƏNİB

Read Next

Dövlət başçısı Argentina Milli Konqresi Deputatlar Palatasının vitse-spikeri ilə görüşdü

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir