Məmmədyarov Nalbandyanın cavabını verdi…

“Bu kimi açıqlamalar Ermənistanın münaqişənin həlli üzrə aparılan danışıqların və ATƏT Minsk Qrupunun həmsədrlərinin səylərinin pozulmasına yönəlmiş addımlarıdır”.

Etikxeber.az-ın məlumatına görə, bu sözləri mediaya açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan XİN rəhbərinin son müsahibəsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin xarici işlər nazirlərinin son bəyanatında qeyd olunduğu kimi, həmsədrlərlə birlikdə münaqişənin substantiv danışıqlar yolu ilə həlli üzrə səylərini davam etdirəcək:

“Biz Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunacağına əminik”.

Etikxeber.az

Read Previous

Avroliqanın final oyununun məkanı məlum oldu

Read Next

“Qızılı qazanmaq heç də asan olmadı” – Qran-prinin qalibi Milad Beigi Harçeqani

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir