Məmur laqeydliyinin acı sonucu və tablosu: İKİ ÖVLAD ATASI, 4 MEDALLI SƏRDAR HƏSƏNOV ÖZÜNÜ YANDIRDI, VƏZİYYƏTİ HƏLƏ DƏ AĞIR OLARAQ QALMAQDADIR…VƏ BU OLAY MƏMURLARA DƏRS OLACAQMI, YÜKSƏK ÇİNLİLƏR BUNDAN NƏTİCƏ ÇIXARACAQLARMI? – FOTOLAR

Sərdar Rüstəm oğlu Həsənov…

1996-cı il doğumlu, özü Goranboylu…

Ailənin iki övladından, iki qardaşdan biri…

Ailəli, iki övlad-bir oğlan, bir qız atası…

Oğlu Ümidin 3 yaşı, qızı Elvinanın 2 yaşı var…

Aylardır və hazırda da işsiz-gücsüz…

Həm də İkinci Vətən Müharibəsinin iştirakçısı, Vətən sevdalısı…

Qəhrəman Goranboyun, cəmi Azərbaycanın Qəhrəman, İgid övladı…

Sərdar İkinci Vətən Müharibəsi zamanı kimsənin təsir və təzyiqi olmadan özü könüllü olaraq, orduya yazılıb, oktyabr ayının əvvəllərində qanlı döyüşlərə atılıb…

Füzili, Cəbrayıl, Xocavənd istiqamətində döyüşlərdə iştirak edib…

Qanlı və ağır döyüşlərdən birində ağır kəllə-beyin travması alıb…

Hələ də səhhətində problemlər, kəllə-beyin travmasının fəsadları yaşamaqdadır…

Amma ötən müddət ərzində hələ də əlillik dərəcəsini ala bilməyib…

“YAŞAT” Fondu tərəfindən də heç bir yardim edilməyib, dəstək göstərilməyib…

Sərdar müharibə bitəndən xeyli müddət sonra, 2020-ci ilin sonlarına yaxın Ordudan təxris olunub…

Eyni zamanda, müharibədən sonra-təxris olunana qədər Laçın istiqamətində Vətənin keşiyini çəkib…

İkinci Vətən Müharibəsində göstərdiyi İgidliyə, Qəhrəmanlığa görə, Ali Baş Komandan tərəfindən 4 medalla- “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub…

Amma və lakin…

Çox təəssüflər olsun ki, iki övladı ilə kirayədə yaşayan, işsiz olan Sərdar müharibədən sonra məmur özbaşınalığı, məmur biganəliyi, məmur süründürməçiliyi, məmur qəddarlığı ilə üzləşib…

Əlindəki olan-qalan puluna bir güclə bir otaqlı ev tikdirsə də, işıq, su və qaz olmadığı üçün həmin evə köçə bilməyib…

Evinə işıq, qız, su çəkdirmək üçün müvafiq-aidiyyatı qurumların qapılarını dəfələrlə, aylarla döysə də, hər dəfə biganəliklə, laqeydliklə üzləşib, məyus, naçar vəziyyətdə ailəsinin, övladlarının yanına dönüb…

Ailəsi, valideynləri də maddi cəhətdən çox çətin durumda yaşadıqları üçün övladlarına kömək edə bilməyiblər…

Çünki onların özlərinə kömək edən lazımdır…

Həm də üstəlik atasının səhhəti yaxşı deyil…

Və əli hər yerdən üzülən, ümidləri çilik-çilik olan, erməni qarşısından qaçmayan Sərdar çıxış yolunu intihar, özünə qəsd etməkdə görüb…

Və bir neçə gün öncə Goranboyda, hamının gözünün qabağında özünə od vurub, yandırıb…

Ağır vəziyyətdə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib…

Vəziyyəti hələ də orta-ağır olaraq qalmaqdadır…

Bu gün, günorta saatlarında digər iki Vətən sevdalısı ilə-7 medallı və bir ordenli Zakir Vəliyev və iki medallı, üçüncü qrup əlil Fuad Həsənovla Sərdara baş çəkməyə, onu ziyarət etməyə, vəziyyəti ilə yerindəcə tanış olmağa getdik…

Qeyd etdiyim kimi, vəziyyəti hələ də orta-ağır olaraq qalmaqdadır…

Üzləşdiyi haqsızlıqlar bir tərəfdən, bədənindəki, xüsusilə, üz-çənə nahiyəsindəki dərin yanıq yerləri də bir tərəfdən onu çox incidir…

Güclə nəfəs alır, güclə danışır…

Çox ürək parçalayan və böyük qəzəb doğuran bir mənzərə…

Məmur laqeydliyi, məmur süründürməçiliyinin acı sonucu və tablosu…

Amma bunu da çıxış yolu saymıram, özünə də iradımı, belə bir addım atmasına görə təəssüfümü bildirirəm…

Gərək belə etməyəydi, bu variantı seçməyəydi…Allah uzaq etsin, daha ağır nəticələr yaşana bilərdi…

Ancaq məmur biganəliynə, məmur etinasızlığına, haqsızlığa da ad tapmaq, bəraət qazandırmaq olmur, heç olmur…

Onların birbaşa borcu və vəzifəsidir İkinci Vətən Müharibəsində vuruşmuş, döyüşmüş, Qəhrəmanlıq göstərmiş Vətən sevdalılarının, özünü könüllü şəkildə müharibə od-alovunun içinə atmış Sərdar kimi Vətən övladlarının qulluğunda dayanmaq, onların illərlə qalaqlanıb qalan problemlərini həll etmək…

Bəli, onların borcu və vəzifəsidir.

Və zəhmət çəkib borclarını, vəzifələrini yerinə yetirməli, vətəndaşların, xüsusilə, Vətən yolunda can qoymuş oğulların, Sərdarların problemlərini heç bir bəhanə gətirmədən həll etməlidirlər.

Etməlidirlər, etməlidirlər, etməlidirlər!

Borclarıdır, borclarıdır, borclarıdır!

Təxminən 40 dəqiqə çəkən ziyarətimizdən sonra Sərdarla və valideynləri, belləri bükülmüş Nüşabə xanım və Rüstəm kişi ilə sağollaşıb ayrılırıq.

Allah Sərdarın və ailəsinin köməyi olsun!

Böyük Yaradan şəfasını versin və problemlərinin həllinə kömək olsun!

Milyon kərə Amin!

Kamil HƏMZƏOĞLU (HƏMODOV)

Etikxeber.az

Read Previous

Nəşi 4 ay yarımdan sonra torpağa tapşırılan-AİLƏNİN TƏK VƏ SUBAY OĞLU BƏXTİYAR ASLANOVUN ANIM GÜNÜ – MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

Daha 6841 yeni yoluxma-DAHA 23 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir