Mənə əziz və doğma olan Ocaq-CƏMİL MƏMMƏDLİ OCAĞI – KAMİL HƏMZƏOĞLU YAZDI – FOTOLAR

Bu gün yenə Cəmil balamız, Cəmil Məmmədligildəyim…

Yenə Şəhid ailəsində, yenə Şəhid ocağındaydım…

Yenə Bayılda, yenə Buxta küçəsində yerləşən ziyarətgahdaydım…

Yenə müqəddəs ocağını, hər daim mənə əziz və doğma olan-ailəsini, valideynlərini ziyarət etdim…

Evin-ailənin tək və subay oğlu olan Cəmil Məmmədli

Həm də ali təhsilli, cəmi 3 ayın Əsgəri…

5 medal və 1 ordenli…

İkinci Vətən Müharibəsinin Nur üzlü Şəhidi, Dastan yazan Qəhrəmanı…

Və qeyd edim ki, bu ocaqla, bu ailə ilə tanışlığım artıq 25-ci ayını keçir…

2020-ci ilin dekabrından bu müqəddəs ocağa gəlib-gedirəm…

Sonuncu dəfə bu ilin yayında, təxminən 5-6 ay öncə bu ocaqda olmuşdum…

Düzdür, oktyabr ayının 15-də Şəhidimizin ikinci ildönümü, Anım Günü ilə bağlı İsmayıllıda olmuşdum, amma Şəhidimizin ailəsi, ocağı üçün çox darıxmışdım…

Və bu gün axşam saatlarına yaxın yenidən bu ocaqda, Cəmilimizin valideynləri-Aygün bacım və Habil qardaşımla yenidən bir arada oldum…

İki saatdan çox çəkdi ziyarətim…

Və iki saat ərziində yenə söhbətləşdik, yenə dərdləşdik, sözümüzün əvvəli də, sonu da yenə Cəmilimiz, Şəhidlərimiz oldu…

Bəzən də susduq, bəzən də sözlərimizi baxışlarımız əvəzlədi…

Təsirləndik, duyğunladıq bir daha…

Və bir daha Qürurlandıq…

Qürurlandıq ki, bu Vətənin adları tarixdən silinməyəcək Cəmil kimi oğulları, övladları var…

Onlar var və hər zaman var olacaqlar…

Mənən, ruhən bizimlə, bizlərlə olacaqlar, yaşayacaqlar…

Ruhu, ruhları şad olsun!

Nur içində yatsın, Nur içində yatsınlar!

Müqəddəs ruhları qarşısında baş əyirəm, baş əyirik!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ömər Eldarov 1-ci dərəcəli “Əmək” ordeni ilə-TƏLTİF EDİLDİ

Read Next

Şəhid anasının rəhbərlik etdiyi “Vətən Naminə” təşkilatı-ŞƏHİD ÖVLADLARI VƏ XÜSUSİ QAYĞIYA EHTİYACI OLAN UŞAQLAR ÜÇÜN YENİ İL ŞƏHLİYİ DÜZƏNLƏDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir