“Mənə ikinci qrup əlillik düşsə də, hələ də bu məsələ öz müsbət həllini tapmayıb, çox yorulmuşam…”- TOVUZLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI, AİLƏNİN TƏK OĞLU, İKİ ÖVLAD ATASI, 3 MEDALLI-QAZİ ƏHMƏD AZAD OĞLU ALIYEV – FOTOLAR – YENİLƏNİB

İgid, Qəhrəman, Vətən sevdalısı Əhməd Alıyev…

Tovuz rayonundan olan İkinci Vətən Müharibəsi iştirakçısı, Qazi Əhməd Azad oğlu…

Cəmi 25 yaşında Vətəni, Qarabağı yolunda səhhətini, sağlamlığını qurban verən Əhməd Azad oğlu Əliyev…

Sadə, səmimi, mehriban, təvazökar, vətənpərvər Vətən övladı…

Həm də Şəhid yaxını, Şəhid doğması, Şəhid yeznəsi…

Əhməd haqqında hələ bir müddət öncə eşitsəm də, onunla bu günə kimi görüşməmişdim…

Bu gün-günorta saatlarında, 1 iyun 2023-cü il tarixində İkinci Vətən Müharibəsi Şəhidi, Cənnətdəki üçüncü doğum günü, 26 yaşı tamam olan Bərdəli, Kələntərli Yaqub İlham oğlu Yaqubovgildə adını, İgidliyini, Qəhrəmanlığını eşidib, amma üzünü görmədiyim Qazimizlə, Əhmədlə ilk dəfə bir araya gəldim…

Qeyd edim ki, Əhməd İkinci Vətən Müharibəsi Şəhidi Yaqub Yaqubovun həm hərbçi-döyüşçü yoldaşı olub, həm də yeznəsidir…

İkisi də eyni istiqamətlərdə-Tərtər-Ağdərə-Suqovuşan istiqamətlərində döyüşüb, vuruşublar…

Əhməd Yaqubun Şəhidliyindən günlər öncə, sentyabrın sonlarında Tərtər-Ağdərə istiqamətində qanlı döyüşlərdən birində həm qolundan, həm də qıçından ağır şəkildə yaralanıb…

Tərtər, Ağcabədi, Bakı hospitallarında və daha iki xəstəxanada aylarla ağır müalicə-müayinələrdən, əməliyyatlardan keçib…

2021-ci ildə səhhəti ilə əlaqədar ona üçüncü qrup əlillik (ömürlük) dərəcəsi verilib…

Hansı ki, səhhəti ilə bağlı ona ikinci qrup (ömürlük) əlillik dərəcəsi düşsə də, aidiyyatı qurum tərəfindən hələ də bu məsələ öz həllini tapmayıb…

Etdiyi saysız-hesabsız müraciətlər də biganəliklə qarşılanıb, müsbət həllini tapmayıb…

Təssüfedici və üzücü, həm də qəbuledilməz bir durum, bir yanaşma…

Onu da qeyd edim ki, Tovuz rayonunun Qovlar kəndindən olan Əhməd 1995-ci ildə sadə bir ailədə dünyaya gəlib…

Ailənin üç övladından biri, iki bacının tək qardaşı, evin sonbeşiyidir…

Orta məktəbi qurtardıqdan sonra, 2014-2016-cı illərdə Bakı şəhərində yerləşən “N” saylı hərbi hissədə qulluq edib…

Əsgərliyini başa vurduqdan sonra-2016-cı ildə evinə-ailəsinə dönüb…

Müxtəlif sahələrdə çalışıb, ailəsinə dəstək olub…

2018-ci ildə ailə həyatı qurub…

Qızı Ayla 2019-cu ildə, oğlu-babasının adaşı olan balaca Azad isə 2020-ci ilin noyabrında dünyaya gəlib…

Hərbə olan marağı, həvəsi onu yenidən həyatını Ordu, hərb ilə bağlamağa gətirib çıxarıb…

2019-cu ilin sonlarına yaxın Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərməyə başlayıb…

İkinci Vətən Müharibəsində də MAXE kimi iştirak edib və qeyd etdiyim kimi, müharibənin ilk günlərdə ağır şəkildə yaralanıb…

Sonra isə Ordudan təxris olunub…

Müharibədən sonra Ali Baş Komandan tərəfindən “Suqovuşanın azad olunmasına görə, “Döyüşdə fərqlənməyə görə” “Cəsur döyüşçü” medalları ilə təltif olunub…

Və qeyd etdiyim kimi, bu gün qısa da olsa, Qazimizlə söhbətləşdim, hal-əhvallaşdım…

Ona can sağlığı, şəfa dilədim…

Və qeyd edim ki, onunla tanışlığımdan da razı və məmnun qaldım…

Və çox istərdim ki, Şəhidimizin əlillik dərəcəsi ilə bağlı üzləşdiyi problem artıq öz həllini tapsın…

Qazimizə qarşı biganəlik, laqeydlik aradan qaldırılsın və qanuni Haqqını əldə etsin!

Allah özünü və gözəl ailəsini qorusun!

Böyük Yaradan özünün və doğmalarının Yar və Yardımçısı olsun!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMODOV)

Etikxeber.az

Read Previous

Kişineuda Azərbaycan, Ermənistan, Aİ, Almaniya və Fransa liderlərinin qeyri-rəsmi oldu-MİŞEL AÇIQLAMA VERDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“Azərbaycanın Ukraynaya yeni səfiri təyin olunub və səfir tezliklə fəaliyyətə başlayacaq…”-ƏLİYEVLƏ ZELENSKİ YENİDƏN BİR ARADA, AZƏRBAYCAN PREZİDENTİNİN MOLDOVA SƏFƏRİ BAŞA ÇATDI – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir