Mənə təkcə Elm Dərsi vermədiniz, həm də İnsanlıq Dərsi verdiniz, Adamlıq öyrətdiniz!-DEPUTAT DÜNYASINI DƏYİŞMİŞ MÜƏLLİMİNDƏN YAZIR

Çox üzücü xəbər aldım.

Əziz müəllimim, öyrədənim, yol göstərənim, məni hər zaman qızım deyə çağıran, nə zaman istəsən bir anan da mənəm, səni dinləməyə hazıram deyən, təpədən dırnağa ziyalılıq, zadəganlıq mücəssiməsi Aliyə Təhmasib dünyasını dəyişib…

Çox pis xəbər oldu…

O təkcə Nihadla Nahidin deyil, mənim də anam idi…

Sevincimə sevinən, kədərimə kədərlənən Aliyə müəlliməm!..

Sizin haqqınızda nə yazsam, nə desəm azdır! Heyf! Çox heyf…

Sizdən çox şey öyrəndim Aliyə müəllimə!

Siz mənə təkcə Elm Dərsi vermədiniz, həm də İnsanlıq Dərsi verdiniz, Adamlıq öyrətdiniz!

Uşaqlığımın, yeniyetməliyimin ən parlaq siması!

Bütün müsahibələrimdə dönə dönə adını çəkdiyim, böyük sevgilərlə xatırladığım, ömür boyu minnətdar olduğum İnsan!

Sizinlə bağlı o qədər çox xatirəm var ki…

Hansını deyim, hansını yazım?!

Məni məndən alan, məni mənə qaytaran xatirələr…

Yoxluğunuzun xəbəri məni çox üzür…

Göz yaşlarım sözümə baxmır…

Sanki anamı bir daha itirmişəm…

Qarşınızda bir səhvim olubsa, bağışlayın…

Nur içində yatın, gül üzlü, saf niyyətli, dürüst təbiətli Ali İnsan, Ali Qadın-Aliyə Müəlliməm!

Jalə ƏLİYEVA,

Millət vəkili, professor

Etikxeber.az

Read Previous

Koronavirusa yoluxma sayı azalıb-DÜNYADA

Read Next

Saray bələdiyyəsinin sədri və daha bir neçə vəzifəli şəxs-HƏBS EDİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir