“Mən də oğluma toy etmək istəyirdim…”-ŞƏHİD ANASI AYGÜN MƏMMƏDOVA “ÜSYAN” ETDİ, NAZİRLƏR KABİNETİ VƏ MİLLİ MƏCLİSƏ SƏSLƏNDİ

Mən ŞƏHİD anasıyam.

21 yaşında universitet bitirib, gündüz oxuyub, gecə işləyən, diplomunun üzünü görməyən,16 iyulda həqiqi hərbi xidmətə gedib, 3 ayı tamam olmumış ŞƏHİD olan bir QEYRƏTLİ OĞULUN anasıyam.

Mən bu qərara-Nazirlər Kabinetinin 1994-cü il tarixli qərarına, eyni zamanda, yaxın zamanlarda Milli Məclisin müzakirəsinə çıxarılması gözlənin “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanuna dəyişikliklərə, xüsusilə, iki orden məsələsinə-tələbinə qəti etirazımı bildirirəm.

Mənim OĞLUM 3 medalla təltif olunub (ölümündən sonra).

Mənim bir OĞLUM var idi, ailəmizin, soyadımızın davamçısı bircə OĞLUM var idi.

O da çox qiymətli, bir də qayıtmağı mümkün olmayan CANINI Vətənə qurban verdi və çox tez bir vaxtda da unuduldu.

Niyə bu OĞULLARIN adları əbədiləşdirilməməlidir?…

ONLAR öz borclarını verdilər, indi növbə sizlərindir.

Niyə O QEYRƏTLİ OĞULLARIN adları əbədiləşmir, əbədiləşdirilmir?…

Mənim OĞLUM Səbail rayonu 163 nömrəli məktəbi bitirib və 1992-ci ildən bu günə qədər yeganə ŞƏHİDDİR.

UNUTMAYIN, ALNIMIZIN LƏKƏSİNİ SİLƏN OĞULLARI UNUTMAYIN!!

Mən də OĞLUMA toy etmək istəyirdim, min bir əzabla 18 kv.m-lik evdə böyütdüyüm OĞLUMUN artıq bəhərini görəcəkdim…

O, Vətəni seçdi, ŞİRİN CANINI qurban verdi, 21 yaşında 3 ayın əsgəri ön cəbhədə ŞƏHİD oldu.

Axı, hamıya canı çox şirindir, axı, hamımız valideynik, ax,ı heç kim övladının acısını yaşamaq istəməz?!

Amma biz analar bu acını yaşayırıq və QEYRƏTLİ OĞULLARIMIZIN adlarının əbədiləşdirilməsini istəyirik!

Şəhid Cəmil Habil oğlu Məmmədlinin anası Aygün MƏMMƏDOVA

Etikxeber.az

Read Previous

Şəhid analarının-Akifə Əliyevanın (Ağayevanın), Mehparə Qəribovanın…, Şəhid ailələrinin, Qazilərin-SƏSİ EŞİDİLƏCƏKMİ, PROBLEMLƏRİ ÇÖZÜLƏCƏKMİ?

Read Next

“Şəhid adlarının, xatirəsinin əbədiləşdirilməsinin qarşısını alan maneə aradan qaldırılsın, 27 il öncə qəbul edilmiş ziyanlı, narazılıq doğuran qərar dəyişdirilsin!”-ŞƏHİD ADƏM ƏLİYEVİN ANASINDAN BAŞ NAZİRƏ MÜRACİƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir