“Daha yaxşı yaşamaq imkanlarımız var və bunun üçün potensialımız böyükdür” – ZİYAD SƏMƏDZADƏ – YENİLƏNİB – (1)

Ziyad Səmədzadə: Büdcənin xərclərinin səmərəliliyi mütləq artırılmalıdır

KOMİTƏ SƏDRİ: ALLAH ELƏMƏSİN Kİ, BÜDCƏ MODELİMİZ DƏYİŞSİN…

2018-ci il bütün sahələrdə Azərbaycan üçün uğurlu il, islahatlar ili olub. Ötən ildə də dünyada yaşanan qlobal kataklizmlərə, qlobal risqlərə və təzyiqlərə baxmayaraq, Azərbaycanın həm dinamik, sürətli inkişafı, iqtisadi təmin edilib, həm  əvvəlki illərə nisbətən iqtisadi imkanları genişlənib,  həmçinin, ölkə iqtisadiyyatına qoyulan vəsaitlərin 70 faizini məhz daxili mənbələr hesab təşkil edib. Həmçinin, vergi və gömrük orqanlarında son illər aparılan islahatlar və bunların sonucu olaraq, əldə edilən müsbət uğurlar nəticəsində  büdcəyə vergi daxilolmarının həcmi artıb.Bu, çox müsbət göstəricidir.

Etikxeber.az xəbər verir ki, bunu mayın 21-də Milli Məclisin (MM)  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri, akademik Ziyad Səmədzadə deyib.

O, eyni zamanda qeyd edib ki, ötən il ölkənin sabitliyi və təhlükəsizliyi yüksək səviyyədə qorunub, saxlanılıb, ölkənin ictimai-siyasi həyatında mühüm yeniliklər baş verib:

“Ötən ilin ən əlamətdar və yaddaqalan hadisələrindən biri və birincisi isə heş şübhəsiz ki, Azərbaycanın ilk müstəqil cümhuriyyətinin-Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yüz ilinin tamam olması idi. Ötən ilin əvvəlində dövlət başçısının sərəncamı ilə 2018-ci il “Cümhuriyyət İli” elan olundu və bununla əlaqədar ötən bir il ərzində çox mühüm tədbirlər keçirildi. Həmçinin, ötən il Cənub Qaz Dəhlizinin, TANAP-ın, Star neft emalı zavodunun tarixi açılış mərasimləri və digər önəmli tədbirlər reallaşdırıldı. Bununla da Azərbaycanın dünyanın enerji təhlükəsizliyinə öz növbəti önəmli töhfələrini verdi və bu proses bu gün də davam etməkdədir”.

***

1488451229_ziyad-s-str-7-8

Z. Səmədzadə sonra deyib ki, büdcə xərclərinin səmərəliliyini artırmaq lazımdır:

“Büdcə xərcləri nə deməkdir, əhalinin sosial-iqtisadi təminatı, həyat, yaşayış şəraitinin yaxşılaşdırılmasıdır. Ona görə bu məsələyə diqqəti yönəltməli, büdcə xərclərinin səmərəliliyini artırmalıyq.  Bu gün ölkədə texnokarların yaradılması ixrac potensialını artırır. Biz texnoparkların yaradılmasına bir milyarda pul ayıranda deyirldilər ki, nə edirsiniz, bu qədər  niyə oraya ayırırsınız? Ancaq indi özünüz də görürsünüz ki, nə qədər düzgün addımlar atılıb. Texnoparkların yaradılması inkişaf, yeni iş yerləri, ixrac potensialının artması deməkdir.

Bizim devizimiz bu olmalıdır: Mən daha yaxşı yaşmamaq istəyirəm. Daha yaxşı yaşamaq imkanlarımız  var və bunun üçün də potensialımız böyükdür.   Çox sevindiricidir ki, Azərbaycanda da bu istiqamətdə  çox uğurlu işlər görülür, çox mühüm addımlar atılır. Məsələn, bir neçə il öncə Lerikdə cənab prezidentin iştirakı ilə bəzi kəndlərə, ucqar kəndlərə qaz çəkilişi reallaşdırılmışdı. Hansı ki, sovetlər dövründə belə o yerlərdə qaz yoxuydu, hətta, deyilirdi ki, o yerlərə qaz çəkilişi səmərəli deyil və sair. Amma bu işlər görüldü, ən uçqar kəndlər belə qazlaşdırıldı, insanlar çətinlikdən qurtarıldı, meşələrin qırılmasının, ekologiyanın çirklənməsinin qarşısı alındı.

 Bunlar da nəyin hesabına edildi, məhz Azərbaycan dövlətinin, ölkə prezidentinin iradəsi, Azərbaycanın artan imkanları nəticəsində oldu. Odur ki, biz bu tempi daim qoruyub, saxlamalıyıq. Büdcənin xərclərinin səmərəliliyini təmin etməliyik”.

***

Z.  Səmədzadə eyni zamanda, Azərbaycan büdcəsinin təmir-tikinti büdcəsi adlanırılması barədə fikirlərlə, iddialarla razılaşmadığı vurğulayıb:

“Allah eləməsin ki, büdcə modelimiz dəyişsin. Bu dəyişiklik mənə, xalqıma, dövlətimə lazım deyil. Bu, çox ziyanlı və təhlükəlidir. Azərbaycanın büdcəsi əsl inkişaf büdcəsidir, sosialyönümü büdcədir. Təbii ki,  şəffaflıq artırılmalı, kölgə iqtisadiyyatı azaldılmalı, işə götürənlərlə işə qəbul olunanların əmək müqavilələri bağlanılmalıdır”.

 

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Büdcə geninə-boluna istifadə olunmamalıdır” – DEPUTATDAN ETİRAZ

Read Next

Olimpiya idman komplekslərinin 90 faizi dövlət büdcəsi hesabına saxlanır – PALATA SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir