Mənim dediklərimi indi ermənilər deyir – PREZİDENT – YENİLƏNİB

Prezident:  11 aprel seçkilərinə  kölgə salmaq istəyənlərin cəhdləri iflasa uğradı

Azərbaycan müasir, demokratik ölkədir.  O, ölkədir ki, burada bütün azadlıqlar təmin olunur.

Etikxeber.az  xəbər verir ki, bunu iyulun 8-də Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı deyib.

O, bildirib ki, 11 aprel seçkilərinə də kölgə salmaq istəyənlərin cəhdləri iflasa uğradı:

“Həmin cəhdlər cəmiyyət tərəfindən qəbul olunmadı. Seçkilərdən sonra keçirilən etiraz aksiyasına da mindən artıq qatılmadı. Bu, onu göstərdi ki, xalq bizim siyasəti dəstəkləyir və başqa alternativ görmür”.

MUSAVIRE-1

 

***

İlham Əliyev:  Haqq öz yerini tandı, Ermənistandakı qaniçən xunta rejimi hakimiyyətdən uzaqlaşdırıldı

Ermənistanda 20 il ərzində mövcud olan  kriminal, oğru, qaniçən, korrupsioner hakimiyyət tam iflasa uğradı.

Bunu da  ölkə prezidenti  çıxışında deyib.

“Mənim dediklərimi indi erməni xalqı deyir. Mən BMT-nin tribunasından demişdim ki, bu, xunta-korrupsioner reijmidir.

Bunu indi erməni xalqı detir.

Mən demişdim ki, bu, qaniçən, oğru, kriminal rejimidir.

Bunu indi erməni xalqı deyir.

Artıq Ermənistan dövlətçiliyi iflasa uğrayıb.

Eyni zamanda, haqq öz yerini tandı, qaniçən xunta rejimi hakimiyyətdən uzaqlaşdırıldı.

Burada bizim də rolumuz oldu.

Mən indi bunu şişirtmək istəmirəm.

Biz Ermənistanı tam təcrid vəziyyətinə saldıq…”-deyə, ölkə prezidenti sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Hikmət Hacıyev və digər diplomatlar təltif edildi – SİYAHI

Read Next

Qeyri-neft sektorunda 2 faiz artım baş verib – İLHAM ƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir