“Mənimlə danış”da – GÖRÜŞ – FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisəsində VI-VIII sinif şagirdləri üçün “Mənimlə danış” kampaniyası çərçivəsində “Bullinq” mövzusunda maarifləndirici görüş keçirilib.

Etikxeber.az-ın xəbərinə görə, görüşdə BŞTİ və YUNİSEF-in nümayəndələri, məktəb rəhbərliyi, psixoloq və şagirdlər iştirak ediblər.

Paytaxtdakı 210 nömrəli tam orta məktəbdə təşkil olunan görüşün əsas məqsədi  ümumi təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdan ibarətdir.

Təhsil Nazirliyi və YUNİSEF-in birgə əməkdaşlığı çərçivəsində keçirilən görüşdə ümumi təhsil müəssisələrində şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə geniş məlumatlar verilib.

Məktəblərdə sağlam mühitin yaradılması ilə bağlı müvafiq müzakirələr aparılıb, “Mənimlə danış” kampaniyasından bəhs edən videoçarx nümayiş olunub.

Etikxeber.az

Read Previous

Azərbaycandan Rusiyaya – NOTA

Read Next

Məhkəmə-hüquq islahatları ilə bağlı – 11 QANUN VƏ MƏCƏLLƏ DƏYİŞDİRİLİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir