“Məqsəd Azərbaycan-Türkiyə arasındakı sosial, ictimai, iqtisadi sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafına yardımçı olmaqdır…”-ƏLİYEVA ERENLƏ BİR ARAYA GƏLDİ – FOTOLAR

Mayın 24-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Həsən Bəy Zərdabi İrs Mərkəzinin təsisçisi Jalə Əliyeva Avrasiya İqtisadi  Əlaqələr Birliyinin  İdarə Heyətinin sədri Hikmet  Erenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Etikxeber.az-ın xəbərinə görə, söhbətdə Jalə Əliyeva bildirib ki, görüşün əsas məqsədi Azərbaycan-Türkiyə arasındakı sosial, ictimai, iqtisadi sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafına yardımçı olmaqdır.

Qeyd edib ki, bu əməkdaşlıq iki ölkə arasında vətəndaş cəmiyyəti və mətbuat nümayəndələri, ictimai-siyasi xadimlər, ziyalılar, eyni zamanda kiçik və orta sahibkarlıq nümayəndələrinin bir-birilə geniş əlaqələrinin təşkil olunmasına  xidmət edəcək.  

Söhbət zamanı 44 günlük İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi mənəvi-siyasi dəstəyi yüksək qiymətləndirilib.

Avrasiya İqtisadi Əlaqələr Birliyinin  İdarə Heyətinin sədri Hikmet  Eren Türkiyənin yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycana səfərlərini və burada keçirilən görüşləri məmnunluqla xatırlayıb.

İki qardaş ölkənin münasibətlərindən danışan qonaq bildirib ki, əlaqələrimizin strateji səviyyədə qurulması bölgənin təhlükəsizliyi baxımından önəmli zəmanətdir.

Tədbirdə Avrasiya İqtisadi  Əlaqələr Birliyi təşkilatının Həsən bəy Zərdabi irsinin təbliği, Türkiyə ictimaiyyətinə, vətəndaşlarına tanıdılması istiqamətində fəaliyyəti haqqında məlumat verilib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Etikxeber.az

Read Previous

Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılır-QANUN LAYİHƏSİ… – FOTOLAR

Read Next

“5 hektara qədər torpaq sahəsi olan, amma gəlirlərinə görə, aztəminatlı ailələrin uşaqlarının da təhsil haqları dövlət tərəfindən qarşılansın”-ƏLİ MƏSİMLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir