Məqsəd Azərbaycandakı vəziyyətlə yaxından tanış olmaqdır – Devid MakAlister – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 22-də Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin yeni sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Etikxeber.az xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev Devid MakAlisterin böyük nümayəndə heyəti ilə ölkəmizə səfəri zamanı əməkdaşlıq və tərəfdaşlıq əlaqələri ilə bağlı səmərəli fikir mübadiləsi aparılacağına və səfərin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirdi. Nümayəndə heyətinin Azərbaycandakı geniş səfər proqramına toxunan Prezident İlham Əliyev bu səfərin ölkəmiz ilə Avropa Parlamenti və ümumilikdə Avropa təsisatları ilə əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi.

Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin yeni sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlister Azərbaycana və o cümlədən regiona səfər proqramları barədə Prezident İlham Əliyevə məlumat verdi. O, Avropa Parlamentində təmsil olunan müxtəlif siyasi qrupların üzvlərinin nümayəndə heyətinin tərkibinə daxil olduğunu dedi. Devid MakAlister bildirdi ki, səfərin məqsədi Azərbaycandakı vəziyyətlə yaxından tanış olmaqdır.

Görüşdə Azərbaycanda son illərdə gedən proseslər, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı və onun perspektivləri, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyət, insan haqları, fikir azadlığı məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Etikxeber.az

Read Previous

Bu işğal bütövlükdə regional əməkdaşlığa mane olur – SPİKER – FOTO

Read Next

Dərslərin sentyabrın 1-də başlaması və mayın 25-də tamamlanması qaçınılmazdır! – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir