Mərkəzi Afrika Respublikasında dəhşətli yol qəzası: 78 nəfər ölüb, 72 nəfər xəsarət alıb

Mərkəzi Afrika Respublikasında dəhşətli yol qəzası baş verib.

Etikxeber.az Reuters agentliyinə istinadən  xəbər verir ki,  Bambarı şəhəri yaxınlığında yük maşınının aşması nəticəsində 78 nəfər ölüb, 72 nəfər xəsarət alıb.

“Hazırda 78 nəfərin öldüyünü, 72 nəfərin isə yaralandığını təsdiqləyə bilərik. Yaralıların bəziləri qohumları tərəfindən evlərinə çatdırıldıqdan sonra keçiniblər”, deyə Bambarı şəhər xəstəxanasının baş həkimi bildirib.

İlkin məlumata əsasən, qəzaya səbəb yük maşınının həddən artıq yüklənməsi olub.

Etikxeber.az

Read Previous

“Lukaşenko təəssüfünü ifadə etdi…” – BAHAR MURADOVA – FOTO

Read Next

Liviya ordusu Benqazi şəhərini terrorçulardan tam azad etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir