Məşhur futbolçunun cinayət işi icraata verilib – Məhkəmə ayın 11-i olacaq – YENİLƏNİB

Dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi icraata verilib.

Etikxeber.az-ın məlumatına görə, cinayət işi üzrə məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin sədrliyi ilə keçiriləcək. Yaxın günlərdə cinayət işi üzrə məhkəmə başlayacaq.

M. Əhmədov 2015-ci ilin dekabrın 14-də Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, məhkəmə sonradan onu ev dustaqlığı ilə əvəzləyib.

***

Dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı müəyyən olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin sədrliyi ilə keçiriləcək proses oktyabrın 11-nə təyin edilib. 

Etikxeber.az

Read Previous

Xəzər dənizində zəlzələ olub

Read Next

Hava yağmursuz keçəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir