“Maddi-mənəvi irsimizə yiyələnmək istəyənlər bir daha cavablarını aldılar” – DEPUTAT

Mandatory Credit: Photo by Christophe Petit Tesson/Epa/REX/Shutterstock (8452196a) View of the Unesco’s Great Conference Room During the 38th Session of the United Nations Educational Scientific and Cultural Organization (unesco) General Conference at the Unesco Headquarters in Paris France 09 November 2015 the 38th Session of the Unesco General Conference Runs From 03 to 18 November 2015 France Paris France Unesco Bolivia – Nov 2015

Kamilə ƏLİYEVA: Şəxsən mən də bir Azərbaycan vətəndaşı, bir ziyalı, bir millət vəkili  kimi bu tarixi hadisə münasibətilə bütün xalqımızı səmimi qəlbdən təbrik edir, bu istiqamətdə və digər istiqamətlərdə növbəti qələbələr, zəfərlər arzulayıram. Axırıncı yox, axarancı, davamlı olsun!

UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi çox böyük tarixi və mədəni hadisədir. Bu, Azərbaycanın dünyadakı nüfuzunun və çəkisinin daha bir göstəricisidir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Kamilə Əliyeva deyib.

O, qeyd edib ki, artıq bir neçə gündür Azərbaycan, patyaxt Bakı belə bir önəmli və əhəmiyyətli tədbirə uğurla və layiqincə  ev sahibliyi edir.

yunesko-foto

UNESCCOOO-1

kamilla-13

“Bu günə kimi ölkəmiz bir çox beynəlxalq və regional nüfuzlu toplantılara, tədbirlərə möhtəşəm şəkildə ev sahibliyi edib, özünü dünyanın siyasi, iqtisadi, humanitar, hərbi, mədəni dialoq məkanı kimi tanıdıb, təsdiq edib. UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının  Bakıda keçirilməsi də məhz bu ənənənin davamıdır, Azərbaycana yüksək etimad və etibarın növbəti bariz nümunəsidir. Qeyd edək ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra, xüsusilə, son 15-20 ildə UNESÇO kimi çox önəmli bir təşkilatla çox uğurlu və səmərəli şəkildə əməkdaşlıq edir. Bu əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etməsində və etdirilməsində də ölkə prezidenti cənab İlham Əliyevin, o cümlədən, ölkənin birinci xanımı, birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri misilsizdir, ölçüyəgəlməzdir, danılmazdır.

Heç təsadüfi deyil ki, məhz bu qurumla effektli, səmərəli əməkdaşlığına, önəmli töhfələrinə görə Mehriban xanım illər öncə UNESKO-nun xoşməramlı seçilib və bu adı, bu missiyanı da bu illər ərzində çox uğurla, çox şərəflə daşıyır. UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının  Bakıda keçirilməsi həm də Mehriban xanımın  birbaşa fəaliyyəti və xidmətləri ilə bağlıdır. Belə bir tədbirin ölkəmizdə baş tutması bizim üçün həm də bir fürsət, şans, tribunadır. Çünki uzun illərdir ki, torpaqlarımız işğal altındadır və ermənilər tərəfindən işğal olunmuş ərazilərimizdə tarixi, milli, dini, mədəni abidələmrimiz yerlə-yeksan edilib, dağıdılıb, məhv olunub. Bunlar məhz sivil dünyanın gözləri qarşısında baş verib, bu dəhşətli proses, vandalizm hərəkətləri hələ də davam etməkdədir.

Həmçinin, bəzi digər xalqlar, dövlətlər tərəfindən mənəvi, mədəni isrsizimə yiyəyələnmək, sahiblənmək cəhdləri zaman-zaman özünü göstərməkdədir. Amma çox təəssüflər olsun ki, dünya buna susqun, laqeyd qalmaqdadır, bəzən olanları görməzdən, eşitməzdən gəlməkdədir. Belə olduğu təqdirdə, UNESKO bizim üçün çox mühüm tribunadır, biz bu qurum vasitəsi ilə başımıza gələnləri və gətirilənləri, maddi-mənəvi ekspansiya cəhdlərini dünyaya bir daha olduğu kimi, çatdıra bilərik və çatdırırıq. Yəni, xüsusilə, Ermənistana, erməni qaniçənlərinə, vandallarına qarşı diplomatik savaşın mühüm tərkib hissəsi kimi, UNESCO-nun tribunasından istifadə etmək bizim olduqca vacib və əhəmiyyətlidir. Bütövlükdə demək istədiyim odur ki, UNESCO ilə əmkdaşlıq və onun uğurlu, möhtəşəm nəticələri göz qarşısındadır və bu istiqamətdə əməkdaşlıq, fəaliyyət daha da gücləndirilməlidir və güclənəcək.

Ölkə prezidentinin Azərbaycan xalqına təbrikində də deyildiyi kimi, son illər Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanıdılması və qorunması istiqamətində çoxsaylı layihələr həyata keçirilib ki, bu fəaliyyətlər beynəlxalq təşkilatlarla, xüsusən dünya mədəniyyəti, təhsili və elminə məsul olan UNESKO ilə sıx əməkdaşlıq şəraitində gerçəkləşdirilir. Təsadüfi deyil ki, “İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı” UNESKO-nun Ümumdünya İrs Siyahısında, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır. Bu hadisələr Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda bir daha etirafıdır.

Eyni zamanda, Mehriban xanım Əliyevanın təbrikində vurğulandığı kimi, Azərbaycan xalqı milli mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq dünyada tanıdılması istiqamətində böyük nailiyyətlər əldə edib və bu gün Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması tarixi hadisədir.

Şəxsən mən də bir Azərbaycan vətəndaşı, bir ziyalı, bir millət vəkili  kimi bu tarixi hadisə münasibətilə bütün xalqımızı səmimi qəlbdən təbrik edir, bu istiqamətdə və digər istiqamətlərdə növbəti qələbələr, zəfərlər arzulayıram. Axırıncı yox, axarancı, davamlı olsun!”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Deyə bilməzsən ki, filan görkəmdə, filan gözəllikdə, çəkidə adamı seç” – MUSA QULİYEV

Read Next

“Qazanan Şəkimiz, bütövlükdə xalqımız, Azərbaycanımız, insanlarımız olacaq” – DEPUTAT – RƏYLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir