Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Venesuela Prezidenti Nikolas Maduroya qarşı narkoterrorizm, kokain idxalı və silah saxlanması ittihamları irəli sürülüb.
Etikxeber.az-ın xəbərinə görə, bu barədə ABŞ-ın Baş prokuroru Pamela Bondi “X” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, Nikolas Maduro və onun arvadı Siliya Flores Nyu-York ştatının Cənub bölgəsində ittiham olunublar.
O, “Yaxın vaxtlarda onlar ABŞ hüquq-mühafizə orqanlarının tam sərtliyi ilə, ABŞ ərazisində və ABŞ məhkəmələrində üzləşəcəklər”-deyə, vurğulayıb.
***
ABŞ Ədliyyə Departamenti Nikolas Maduro, onun ailəsi və Venesuelanın yüksək vəzifəli məmurlarına qarşı ittiham aktını açıqlayıb.
Bu barədə nazirliyin saytında yerləşdirilib.
Sənədə əsasən, “Venesuela liderləri” son 25 il ərzində ABŞ-a kokain idxal etmək üçün səlahiyyətlərindən sui-istifadə ediblər. İttiham olunanlar arasında Nikolas Maduro ilə yanaşı birinci xanım Silia Flores, daxili işlər naziri Diosdado Kabeleo, sabiq ədliyyə naziri Ramon Rodrigez Çasin, deputat Nikolas Maduro Qyerra (Maduronun oğlu), cinayətkar qruplaşma “Tren de Aragua”nın lideri Ektor Gerrero Floresin adları var.
Etikxeber.az





