Magistratura və rezidenturaya sənəd qəbulu başa çatır – DİM

Magistraturaya 12 375 nəfər, rezidenturaya isə 1 028 nəfər ərizəsini təsdiq edib.

Sabah Azərbaycanda magistratura və rezidenturaya sənəd qəbulu başa çatır.

Etikxeber.az-ın APA-ya istinadən xəbərinə görə, əvvəldən müəyyən edilən vaxta əsasən sənəd qəbulu martın 17-də başa çatmalı olsa da, bəzi səbəblərə görə bu prosesin vaxtı martın 28-i saat 23:59-dək uzadılıb.

Bu gün saat 10:00-dək magistraturaya 12 375 nəfər ərizəsini təsdiq edib, onlardan 11 189-u Azərbaycan, 1 186-sı isə Rus bölməsinin məzunlarıdır. Bu saata kimi rezidenturaya isə 1 028 nəfər ərizəsini təsdiq edib. Onlardan da  893-ü Azərbaycan, 135-i Rus bölməsinin məzunlarıdır:

Adları və ya soyadları ilə bağlı müəyyən problemləri olan vətəndaşlar Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etməlidirlər. Bayram və istirahət günlərindən sonra SQK-ı 2 gün ərzində fəaliyyət göstərəcək və problemləri həll etmək mümkün olacaq.

Martın 29-dan artıq magistratura və ya rezidenturaya sənəd vermək mümkün olmayacaq.

Etikxeber.az

Read Previous

DÇ-2018 : Almaniya, İngiltərə və Polşa qrupda liderliklərini davam etdirir

Read Next

Düşmən atəşkəs rejimini 111 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir