Mahir Quliyevin himayəçisi-İSMƏT ABBASOV OLUB?

Bugünlərdə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində həbs edilən Biləsuvar rayonunun keçmiş icra başçısı Mahir Quliyevin kariyeradakı yüksəlişinə restoran müdirliyindən gəldiyi bildirilir.

Daha əvvəl idarəetmədə ciddi təcrübəsi olmayan şəxs kimi M.Quliyevin idarəçilik sahəsinə keçdində və yüksəlişində hakimiyyət eşolonundan ciddi himayənin və ya himayəçinin olmaması inanılmazdır.

Etikxeber.az-ın Turkustan.info-ya istinadən məlumatına görı, onun  icra hakimiyyəti orqanında vəzifə tutmasında Baş nazirin keçmiş müavinlərindən birinin müstəsna xidmət olub.

Digər məlumata görə, M.Quliyev Baş nazirin müavini olmuş İsmət Abbasovun qohumudur.

Hər iki məlumat arasında paralelliyin olub-olmasını isə adıçəkilən şəxslər daha yaxşı bilir.

Xatırladaq ki, M.Quliyev 2005-ci ildə Səbail bələdiyyəsinin sədr müavini, bir neçə ay sonra 2006-cı ildə Astara rayonuna, 2011-ci ildə isə Biləsuvar rayonuna icra başçısı təyin olunub.

Etikxeber.az

Read Previous

“Düşünülmüş siyasət və milli birliyimiz bu çətin sınaqdan uğurla çıxmağımızda başlıca amillərdən biri olacaq…”-MİLLƏT VƏKİLİ

Read Next

“Heç kimə siyasi baxışlarına, siyasi mənsubiyyətinə, əqidəsinə görə təzyiq göstərilməyib…”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir