“Makedoniya” rəsmən “Şimali Makedoniya” oldu

Makedoniya parlamenti ölkənin Şimali Makedoniya Respublikası adlanmasına dair Konstitusiya dəyişikliyini təsdiq edib.

Etikxeber.az “Anadolu”-ya istinadla xəbər verir ki, 120 deputatdan ibarət olan Makedoniya parlamentinin iclasında qanun layihəsinin əleyhinə çıxış edən Makedoniya Milli Demokratik Birliyinin təmsilçiləri səsvermədə iştirak etməyiblər.

Plenar iclasda iştirak edən deputatların 81-i Konstitusiya dəyişikliyinin lehinə səs veriblər. Sözügedən qanun layihəsi ötən ilin iyununda Yunanıstanla Makedoniya arasında imzalanmış Prespa Sazişindən sonra hazırlanıb.

Konstitusiya dəyişikliyi ölkə Prezidenti Gyorge İvanovun imzalamasından sonra qüvvəyə minəcək. Makedoniya parlamentinin sədri Tələt Cəfəri bəyan edib ki, onun ölkəsi Afina ilə razılaşmanın şərtlərini tamamilə yerinə yetirib.

Yunanıstanın Baş naziri Aleksis Çipras isə bildirib ki, bu məsələ yanvarın sonunda yunan parlamentinin müzakirəsinə çıxarılacaq.

Xatırladaq ki, Makedoniyanın adı Yunanıstanın tələbi ilə dəyişdirilib. Belə ki, eyniadlı əyalət Yunanıstanda da var. Türkiyə, NATO və Avropa İttifaqı Makedoniyanın bu addımını dəstəklədiklərini bəyan ediblər.

Etikxeber.az

Read Previous

Avtobus dayanacaqda gözləyən 23 nəfəri əzdi… – FOTO

Read Next

Ündər “Roma”nın ən yaxşı futbolçusu seçildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir