Makkeyn öldü

Avqustun 25-də ABŞ Senatının ən nüfuzlu üzvlərindən biri, son bir ildə beyin xərçəngi ilə mübarizə aparan Con Makkeyn vəfat edib.

Etikxeber.az-ın xəbərinə görə, senator Makkeyn avqustun 24-də apardığı müalicəsini dayandırmağa qərar vermişdi.

Con Makkeyn uzun illər ABŞ Konqresində Arizona ştatını təmsil edib.

O, Vaşinqtonda Respublikaçılar Partiyasının ən nüfuzlu nümayəndələrindən biri idi.

Senator Makkeyn Vyetnamda döyüşüb, onun təyyarəsi vurulandan sonra beş ildən çox əsirlikdə qalıb. Kapitoliya təpəsində xidmət etdiyi 35 il ərzində altı dəfə Senata seçilib. 2000-ci ildə Respublikaçılar Partiyasından prezidentliyə namizədlərdən biri olub, lakin ilkin seçkilərdə qubernator Corc Buşa uduzub və Buş ABŞ Prezidenti seçilib.

2008-ci ildə Makkeyn Respublikaçılar Partiyasından prezidentliyə əsas namizəd olub, lakin demokrat Barak Obamaya uduzub. Son üç ildə Makkeyn Donald Trampın ən qatı tənqidçilərindən biri olub.

Etikxeber.az

Read Previous

Dəhşətli yol qəzası: 16 ölü, 27 yaralı…

Read Next

İnsanın və insanlığın özü-Mehriban Əliyeva! – JALƏ ƏLİYEVA YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir