Makron Bayden və Zelenski ilə danışdı-RUSİYAYA QARŞI SANKSİYALARIN GENİŞLƏNDİRİLMƏSİ QƏRARA ALINDI

Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Co Baydenlə telefonla danışıb.

Etikxeber.az bildirir ki, bu barədə Yelisey sarayının rəsmi saytında məlumat verilib.

Makron Kiyevdə öldürülən jurnalist Brent Renoya görə amerikalı həmkarına başsağlığı verib.

Tərəflər Rusiyaya qarşı sanksiyaları genişləndirməyə qərar veriblər.

Fransa lideri daha sonra Ukrayna Prezidenti Volodmir Zelenski ilə telefonla danışıb.

Makron bildirib ki, Versal sammitində Avropa ölkələri Kiyevə əlavə yardımla bağlı razılığa gəliblər.

Prezidentlər yaxın günlərdə yenidən telefon əlaqəsi yaratmağa qərar veriblər.

Etikxeber.az

Read Previous

“Bu zərbələr 2187 mariupollunun həyatına son qoyub”-VADİM BOYÇENKO

Read Next

“Nümayəndə heyətinin qarşısına dəqiq vəzifə qoyulub – prezidentlərin görüşü”-ZELENSKİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir