“Makron da daxil olmaqla, Qazaxıstandakı hadisələri narahatlıqla izlədiklərini bildirməklə kifayətlənənlərin riyakarlığı ikrah doğurur”-MÜSAVAT BAŞQANI

Qazaxıstanda yüzlərlə aksiya iştirakçısı qətlə yetirilib. Rəsmi məlumata görə, 3700 nəfər həbs edilib. Həbslər, qətllər, insan hüquq və azadlıqlarına qarşı yönələn digər repressiya tədbirləri davam edir. Rusiya nəinki beynəlxalq hüquq normalarına, hətta “ODKB” Əsasnaməsinə zidd olaraq müstəqil bir ölkənin ərazisinə silahlı qüvvələr yeridib.

Etikxeber.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı qeyd edib.

“Putin cinayət ortaqları Paşinyan, Lukaşenko və Raxmonovun dəstəyi ilə Qazaxıstan xalqının azadlıq mübarizəsini qan içində boğmaq, Qazaxıstanın dövlət suverenliyinə son qoymaq məqsədilə bu ölkəyə yeni-yeni hərbi birləşmələr göndərir. Bütün bu geçəklər tam çılpaqlığı ilə ortalıqda ola-ola bu il Avropa İttifaqına dönəm sədrliyini həyata keçirən Fransanın prezidenti Emmanuel Makron da daxil olmaqla, hadisələri narahatlıqla izlədiklərini bildirməklə kifayətlənənlərin riyakarlığı ikrah doğurur”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Sabiq deputat Qazaxıstanda baş verənlərdən və Putindən-YAZDI

Read Next

Yanvarın 10-u Qazaxıstanda matəm günü-ELAN EDİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir