Maksimum bal toplayıb müəllimliyi seçən Aysel: “ÇOX OXUDUM”

İngilisdilli bölmələrdə Riyaziyyat müəllimi kimi çalışmaq istəyirəm. Həmin ixtisas üzrə məndən aşağı bal toplayanlarla eyni qrupda oxumaqdan qətiyyən narahat deyiləm.

Etikxeber.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında I ixtisas qrupu üzrə maksimal nəticə göstərib, 400 bal toplayan Mingəçevir şəhər 8 saylı tam orta məktəbin məzunu Aysel Seyidova deyib.

Onun imtahan göstəricisi ümumilikdə 666 bal olub:

“Yayda keçirilən ikinci şans imtahanlarda 400 bal topladığımı eşidəndə çox sevindim. Sual kitabçamı öncədən yoxlatmışdım, 400 bala ümid edirdim. Amma situasiya tapşırıqlarından tam əmin deyildim.

İlk imtahanda nəticəm bir qədər az oldu. II imtahanda isə göstəricimi 400 bala çatdırmaq üçün maksimum çalışdım. Yay boyu çox oxudum”.

Aysel düşünür ki, əvvəlki illərdə -yeni qəbul modelinin tətbiqindən əvvəl- qəbul imtahanlarında iştirak etsəydi, 700 bal toplaya bilərdi. Dediyinə görə, onu 700 baldan 1 neçə ay ayırıb:

“Əvvəlki illərdə 700 bal toplayanların sayı çox idi. Mən 2001-ci ildə anadan olmuşam. Dekabr ayında doğulduğuma görə, keçən il imtahan vermək üçün yaşım çatmadı.

700 bal qismət, şans məsələsi olsa da, bunun üçün çox çalışmaq da mütləqdir”.

O, qəbul imtahanlarında bəzi şagirdlərin zəif nəticə göstərməsini belə izah edir:

“Üzərilərində bir qədər çox çalışsalar, nəticə əldə edə bilərlər. Çoxu ilk imtahandan az bal toplayıb, həvəsdən düşür. Şəxsən mən ikinci imtahanda daha da həvəsləndim.

Yay çox isti keçdiyinə görə, hazırlıqlara getməkdə çətinlik çəkirdim. Son zəng hazırlıqları da bir tərəfdən… Buna baxmayaraq, məktəbdən gəlib axşama qədər dərs oxuyurdum”.

Aysel Seyidova müəllim olmaq istəyir. Deyir ki, 666 bal toplasa da, arzusuna sadiqdir:

“İngilis dili bölməsi üzrə məktəbdə Riyaziyyat müəllimi olmaq istəyirəm. Orada aşağı bal toplayanlarla bir qrupda oxumaq məni qətiyyən narahat etmir.

Üstəlik, seçdiyim fakültənin balı 500-dən yuxarıdır. Müəllimliyi seçməyimə səbəb sırf öz həvəsimdir. Həmişə müəllimlərimdən örnək götürmüşəm”.

Qeyd edək ki, 23 iyunda I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri dünən açıqlanıb.

Nəticələrə əsasən, 700 bal toplayan olmasa da, 7 abituriyent bütün test tapşırıqlarına düzgün cavab verərək maksimal nəticə – 400 bal toplayıbar.

Etikxeber.az

Read Previous

“Dedim ki, Heydər Əliyeviç, o, sizin yadınızdadır?” – XALQ ARTİSTİ

Read Next

“Kişi qadına əl qaldırmamalıdır” – DEPUTATDAN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir