Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycanın maliyyə bazarında ciddi problemlər yaranmaqdadır.
Etikxeber.az xəbər verir ki, bu fikri millət vəkili Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 28-də keçirilən iclasında “Mərkəzi bank haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi müzakirə edilən zaman səsələndirib.
Onun sözlərinə görə, istər “Mərkəzi Bank haqqında” qanuna, istərsə də bu tipli digər qanunlara dəyişikliklər Azərbaycanın maliyyə bazarında ciddi problemlər yaratmaqdadır və bunu görür.
“Artıq maliyyə bazarında manatın ucuzlaşması, manat kütləsinin qıtlığı və digər xoşagəlməz proseslər baş verməkdədir. Qanunlara dəyişiklik edilməsi heç də vəziyyətdən çıxış yolu deyil”– deyə, millət vəkili vurğulayıb.
V. Əhmədov əlavə edib ki, bu gün Mərkəzi Bank manat kütləsi ilə infilyasıyanı cilovlamaq istəyir, Maliyyə Nazirliyi infilyasiya yolu ilə büdcədəki kəsiri doldurmaq istəyir, Maliyyə Bazarlarına Nəzarət Palatası isə bankların sağlamlaşdırılması yolunu tutaraq, bankların əhaliyə kredit verilməməsinə çalışır: “Bu isə təhlükəli tendensiyadır və ciddi problemələrə gətirib çıxara bilər. Yaranmış durum bizi ciddi narahat edir. Ona görə də aidiyyatı maliyyə qurumalrı ölkədə maliyyə sabitlyinin təmin edilməsi istiqamətində çevik siyasət həyata keçrib əllərindən gələni etməlidirlər”.
M.B
Etikxeber.az