Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildi, vəzifələri Mərkəzi Banka həvalə olundu – SƏRƏNCAM

Prezident İlham Əliyev maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilib və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Mərkəzi Bankına verilib.

Etikxeber.az

Read Previous

Bahar Muradova MM-in buraxılması təşəbbüslərindən – YAZDI

Read Next

“Seçkilər prezidentin yenilənmə siyasətinə cəmiyyətin dəstəyinin nümayişi olacaq” – AYDIN MİRZƏZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir