Maliyyə naziri Beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik toplantısında iştirak edəcək

Oktyabrın 6-9-da ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun illik toplantısı keçiriləcək. Toplantıda Azərbaycanı maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, BVF və Dünya Bankına üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak edəcəyi illik toplantı günlərində dünya iqtisadiyyatının cari vəziyyəti və gələcək inkişafın əsas istiqamətləri, yoxsulluğun aradan qaldırılması və maliyyə yardımının səmərəliliyi, o cümlədən qlobal iqtisadiyyat qarşısında olan çağırışlarla bağlı müzakirələr aparılacaq.

Etikxeber.az

Read Previous

Ramiz Abutalıbovla Nurəddin Quliyevə Prezidentin fəxri təqaüdləri verildi

Read Next

Quba ilə Kant şəhəri qardaşlaşdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0