Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Aprelin 18-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən Etikxeber.az-a bildiriblər ki, istiqrazların ümumi həcmi 60 milyon və 20 milyon manat, hər bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 364 və 182 gün, ödəmə tarixi oktyabrın 17-si və 2018-ci il aprelin 17-dir. “PAŞA Kapital” QSC anderrayter vəzifəsində çıxış edir.
Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Etikxeber.az