Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları üzrə hərrac keçiriləcək

Aprelin 11-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən Etikxeber.az-a bildiriblər ki, istiqrazların ümumi həcmi 35 milyon manat, bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 728 gün, faiz gəliri 15 faizdir. İstiqrazlar 2019-cu il aprelin 9-da ödəniləcək. “PAŞA Kapital” QSC anderrayter vəzifəsində çıxış edir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Etikxeber.az

Read Previous

Dünya birjalarında neft bahalaşır…

Read Next

62 yaşlı kişi özünü tövlədən asdı – İNTİHAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir