Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Fevralın 21-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları üzrə hərrac keçiriləcək.
BFB-dən Etikxeber.az-a verilən məlumata görə, istiqrazların ümumi həcmi 10 milyon manat, nominal dəyəri 100 manat, tədavül müddəti 182 gün, ödəmə tarixi 2017-ci il avqustun 22-dir.
Hərracda “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC anderrayter vəzifəsində çıxış edəcək.
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Etikxeber.az