“Manat ucuzlaşmaqda davam edəcək” – QUBAD İBADOĞLU

“Hazırda ən çox verilən suallardan biri də manatın dəyərinin dollara nəzərən sabitləşməsidir. Son günlərıdık davamlı şəkildə və daha kəskin formada ucuzlaşan manat hazırkıməzənnəsi ilə biznes icmasının və istehlakçıların bu istiqamətdə gözləntilərini doğrultmadı. Nə baş verir? Manat nədən yenə ucuzlaşır? Sizə təqdim olunan yazıda bu sualları cavablandırmağa çalışacam”.

Etikxeber.az xəbər verir ki, bunu tanınmış iqtisadçı Qubad İbadoğlu dilə gətirib.

O,  qeyd edib ki, manatın dünyanın aparıcı valyuta vahidlərinə nəzərən dəyərinin uculaşmasını şərtləndirən amillər fəaldir.

Q. İbadoğlunun sözlərinə görə, onların qısa müddətli təsir imkanları böyük ehtimalla manat daha da ucuzlaşacaq:

“Yeni ilə qədər olan müddətdə fəal olacaq aşağıdakı amillərə diqqəti cəlb etmək istərdim.
Birincisi, “Bank Standard” bağlanan zaman aparılan qiymətləndirmələrə görə, fiziki şəxslər 603 milyon manat məbləğində ümumi əmanətlərə, 568 milyon manat məbləğində isə qorunan əmanətlərə malikdir ki, sonuncunun da 460 milyon manatını kompensasiya olunan əmanətlər təşkil edir. Qorunan əmanətlərin 62%-i və ya 285 milyonu manatı dollarla yerləşdirilib, yerdə qalan 175 milyon manatı isə manatladır. Bununla yanaşı, eyni müştərinin həm dollar və həm də manatda əmanəti olduğu halda bank onların borclarını manatla qaytarmağa başlayıb. Bu o deməkdir, bankdan əmanətini manatla alanların sayı, eyni zamanda onlara manatla verilən əmanətlərin məbləği 175 milyon manatdan çox olacaq. Bu nağd vəsait valyuta bazarında dollar tələbatı qaldıracaq.
İkincisi, SOCAR-ın istiqrazları dövriyyədə olan və valyuta bazarında manata dəyişdirilən valyuta vəsaitinin bir qismi onun sahiblərinin sərəncamından çıxarılıb. Bu amil valyuta bazarına çıxarılan şəxsi valyutaların həcmini aşağı salıb və dolların təklifini azaldıb.
Üçüncüsü, bu müddət ərzində dövlət büdcəsinin neft gəlirlərindən asılılığnın azaldılması siyasətinin davamı edəcəksə Dövlət Neft Fondunun bazara valyuta çıxaracağının azalacağı gözlənilir. Bu isə valyuta təklifinini aşağı salınmasına ciddi təsir göstərəcək digər başqa amilləri gücləndirəcək.
Dördüncüsü, ilin sona yaxınlaşması ilə əlaqədar olaraq, şirkətlərin, bankların və dövlətin xarici borc öhdəliklərinin icrasına yönəldəcəyi valyuta vəsaitlərinin həcmində artım bazarda xüsusilə də dollara olan tələbatı artırıacaq.
Nəhayət, ABŞ FED-in noyabrın 1-2-də gözlənilən toplantısında uçot dərəcəsinin artırılması ilə bağlı müsbət qərar vermə ehtimalının artması da manata olan psixoloji təzyiqləri yüksəldəcək”.

Etikxeber.az

Read Previous

Əliyevdən Hüseynə: “Terror aktından son dərəcə hiddətlənirik”

Read Next

Şimal-qərb bölgəsinin dağlıq ərazilərinə qar yağır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir